“Omicron”un xüsusi simptomları hələ də öz təsdiqini tapmayıb” - Baş infeksionist

“Omicron”un xüsusi simptomları hələ də öz təsdiqini tapmayıb” - Baş infeksionist
"Üst tənəffüs yolları viruslarını ikl baxışda bir-birindən ayırd eləmək o qədər də asan deyil. Çünki simptomlar qeyri-spesifikdir. İstənilən virus xəstəliyində eyni simptomlara rast gələ bilərik”.

Sfera.az xəbər verir ki, bunu 1 saylı Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov İTV-də "Diqqət mərkəzi” verilişində deyib.

F.Sədirov bildirib ki, bunlar öskürək, baş, əzələ ağrıları, temperatur, burun axıntısı, gözdəki iltihabi əlamətlərdir:

"Bunlar spesifik deyil, bütün virus infeksiyalarında görülə bilər. "Omicron” üçün xüsusilə vurğulanmış simptomlar hələ də öz təsdiqini tapmayıb.

Bununla belə, ilkin mülahizələrə görə, daha çox baş, əzələ ağrısı, qızdırma, üst tənəffüs yollarında konyuktivit və asqırma-öskürmənin daha az olması ilə xarakterizə olunur. Amma bunların heç birinin dəqiq spesifikliyi yoxdur. Bu, fərddən fərdə dəyişə bilər. Bəzilərində sadəcə boğaz ağrısı və qızdırma, bəzilərində baş və əzələ ağrısı ilə görülə bilər.

Ona görə diaqnozun dəqiqləşdirilməsi üçün molekulyar testlərə müraciət etmək lazımdır”.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı İngiltərədə cinsi zorakılıq ittihamı ilə həbs olundu

Jurnalist olduğunu iddia edən 34 yaşlı Azərbaycan vətəndaşı Ceyhun Zeynalov Böyük Britaniyada seksual qısnama ittihamı ilə mühakimə olunub. Sfera.az "Dail...

Polis münəccimlik etməlidir? - DİN rəsmisi

"Konkret fakt verən yoxdur. Danışırlar, yazırlar ki məktəbdə patı var, patı satırlar. Polis münəccimlik etməlidir?" Sfera.az xəbər verir ki, bu barədə Dax...

"Parkovşik"in yığdığı pul kimin cibinə gedir? - VİDEO

Bir neçə gündür polis sürücülərdən parklanmaya görə pul tələb edən şəxslərə qarşı reyd keçirir. Sirr deyil ki, Bakı küçələrində hər gün minlərlə sürücü avtomobi...

“Müşfiq Abbasova ar olsun, başından böyük qələt edib...” – Şeyx Əbdül

"Bu şəhərdə” komandasının meneceri Müşfiq Abbasovun rəhbərlik etdiyi KVN komandanın Soçidə keçirilən festivalda "Şuşa” adından imtina etməsi və ikinci turda "...

Azərbaycanda məscidlərə dini rəhbər təyin edəcək qurum MƏLUM OLDU

Azərbaycanda məscidlərə dini rəhbərlərin təyinatı səlahiyyətini həyata keçirəcək qurum məlum olub. Sfera.az xəbər verir ki, "Dini etiqad azadlığı haqqında...

"Mən də həyatımın ən maraqlı yerində Yaşarı itirdim” - Yaşar Nurinin həyat yoldaşı

ARB TV-nin "O Üz” verilişinin növbəti buraxılışı aktyor Yaşar Nuriyə həsr edilib. Ailə üzvləri, tələbələri və tərəf müqabilləri mərhum aktyor Yaşar Nuridə...