"Omicron"un bədənin hansı hissələrinə təsir etdiyi məlum olub

Koronavirusun "omicron” ştammının bədənin hansı hissəsində təsirli olduğu məlum olub.

Sfera.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisi Abdi Mahmud deyib. O, yeni variantın bədənin yuxarı hissələrində təsirli olduğunu bildirib:

"Biz aşkar etdik ki, digər variantlardan fərqli olaraq, "omicron" bədənin yuxarı hissələrinə təsir edir. "Omicron" digər variantlar kimi ağır infeksiyalara səbəb olmur. Bu, hələlik yaxşı xəbər ola bilər, lakin eşitdiyimizə əmin olmaq üçün daha çox vəziyyət hesabatına ehtiyac var".

Ekspert "omicron” üçün ayrıca peyvəndin istehsalının zəruri olub-olmaması ilə bağlı isə bunları deyib:

"Bundan sonra Omicron-un harda inkişaf edəcəyini təxmin etmək çətindir. Ona görə də bu mövzuda qərar vermək hələ tezdir".

Ölkə.Az/
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Koronavirusa yoluxanlar ağlamasın, əks təqdirdə.... - Rusiyalı həkim

Rusiyalı həkim Vadim Pokrovskinin sözlərinə görə, koronavirusun "Omikron" ştamı gözlərin selikli qişaları vasitəsilə yayılaraq konyunktiviti geridə qoyur. ...

"Omicron"a yoluxmanın ƏLAMƏTLƏRİ

"Omicrona yoluxma orqanizmdə tək bir simptom və ya kompleks şəklində özünü göstərə bilər”. Bunu rusiyalı infeksionist Yevgeni Timakov yerli mediaya açıqla...

Analizində qurd çıxan hər uşağa... - Pediatr

"Uşaqda qurd olduğunu düşünürsünüzsə, əvvəlcə onda əlamətlərin olub-olmadığını yoxlayın". Sfera.az xəbər verir ki, həkim-pediatr Günay Rəsulova bu barədə ...

“Omikron son variant deyil, daha ölümcül mutasiyalar yarana bilər” – ÜST-dən AÇIQLAMA

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Omikronun son variant olmadığını bildirib. Sfera.az xəbər verir ki, İsveçrənin Cenev...

Karantin müddəti niyə 7 günə qədər azaldıldı? – AÇIQLAMA

Azərbaycanda bu gündən etibarən test nəticəsi pozitiv çıxanların və onlarla təmasda olmuş şəxslərin təcrid (karantin) müddəti 14 gündən 7 günə qədər azaldılıb...

ÜST: “Buster doza “Omikron” ştamına qarşı müdafiəni gücləndirir”

"Omikron” ştamından qorunmaq üçün əsas diqqəti infeksiyanın ötürülməsinin qarşısını almağa və vaksinləmənin əhatə dairəsinin genişləndirməyə yönəltmək lazımdır....