\"Omicron\" ştammı Azərbaycanın sərhədlərinə kimi gəldi – Nə etməli?
12:09 / 01.12.2021
793
"Omicron" ştammı Ümumdünya Səhiyyə Təşkilatı
(ÜST) tərəfindən narahatlıq doğuran mutasiyalar siyahısına əlavə edilən beşinci
mutasuyadır. Bu virusun əsas
simptomlarına əzələ ağrısı, yorğunluq və yüngül öskürək daxil edilir.
Yeni ştammın əsas xüsusiyyəti kimi payk proteində
baş verən mutasiya göstərilir ki, bu da yoluxduruculuq qabiliyyətinin yüksək
olması ilə bağlı narahatlıq yaradır.
Maraqlıdır, "Omicron" ştammı ölkəmizdə də
aşkar olunarsa, yoluxma sayında sürətli artım mümkündürmü? Buna qarşı iki doza
vaksin yetərlidirmi?
Məsələ ilə bağlı Sfera.az-a danışan infeksionist Fərrux
Seyidov yeni növ virusun Azərbaycana gəlməsinin istisna edilmədiyini bildirib:
"Artıq yeni ştamm qonşu Rusiyada aşkarlanıb.
Bu da öz növbəsində Azərbaycanda "Omicron" ştammının yayılması
ehtimalıı yaradır. Yeni növ mutasiya digər növlərə nisbətdə daha
yoluxdurucudur, lakin ağırlaşdırma dərəcəsi kliniki təcrübələrdə tam sübuta
yetirilməyib. İstənilən halda yanaşı xəstəliyi olan və immun sistemi zəif
olanlar virusa yoluxarsa, ağırlaşma yaşana bilər".
İnfeksionist sözügedən mutasiya üçün üçüncü doza
vaksinin vacibliyini vurğulayıb:
Əzizə Zeynal