Ombudsmanın Milli Preventiv Qrupu Tofiq Yaqublu ilə görüşüb

Ombudsmanın Milli Preventiv Qrupu Tofiq Yaqublu ilə görüşüb
 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığı əsasında Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən növbəti başçəkmə əvvəlcədən xəbərdarlıq etmədən Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlama Mərkəzinə həyata keçirilib.

Ombudsman Aparatının Mətbuat xidmətindən Sfera.az-a  verilən məlumata görə, BMT-nin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmədə məqsəd müəssisədə saxlanma şəraiti və rəftar məsələlərinin, habelə daxil olmuş müraciətlərin araşdırılması, inzibati həbs olunanların hüquqlarının təmin olunması, sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

MPQ üzvləri tərəfindən müəssisədə saxlanma şəraiti, tibbi yardımın təşkili, qidalanma, habelə görüş, telefon danışığı, sovqat qəbulu, gəzinti ilə bağlı saxlanılan şəxslərin hüquqlarının təmini vəziyyəti və sənədləşmə araşdırılıb.

 

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı rəftar məsələlərinin araşdırılması ilə bağlı burada saxlanılan bir sıra şəxslər, o cümlədən Tofiq Yaqublu qəbul edilərək konfidensial qaydada dinlənilib, müraciətləri qəbul olunub.

Müəssisədə saxlanılan şəxslərin hüquqlarının təmin olunma vəziyyəti, qaldırılan məsələlər, sənədləşmə araşdırılıb, onların bir sıra müraciətləri, o cümlədən T.Yaqublunun ailə üzvü ilə görüşü və saxlanma şəraiti ilə bağlı müraciəti təmin edilib.

Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla milli və beynəlxalq qanunvericilik əsasında hüquqi maarifləndirici söhbət aparılıb, müvafiq tövsiyələr verilib.

Başçəkmənin yekunu və qaldırılan məsələlərlə bağlı aidiyyəti dövlət qurumlarına müraciət olunub.

OXŞAR XƏBƏRLƏR

Lətif Qədirov belə saxlanıldı - ƏMƏLİYYAT VİDEOSU + SON DƏQİQƏ!

  Xəbər verdiyimiz kimi, Lütfi Qədirovun 2010-2020-ci illərdə Azərbaycan Dövlət Nəfəs alətləri orkestrinin bədii rəhbəri işləyərkən xidməti vəzi...

“Bunun kimə nə dəxli var?” – Deputatlar karantin qaydalarını pozan həmkarına dəstək verdi

"Bir epizoda görə məsələni bu qədər ictimailləşdirməyə ehtiyac yoxdur”. Bu sözləri Sfera.az-a açıqlamasında 91 saylı Ucar Seçki dairəsindən deputat Rami...

DTX XİN -də keçirilən əməliyyatın videosunu yaydı - SON DƏQİQƏ!

  Dövlət Təhlükəsizlik Xidməti Xarici İşlər Nazirliyində keçirilən əməliyyatın videosunu yayıb.  Sfera.az həmin videonu təqdim edir: ...

“Fairmont Baku” otelinin rəhbəri də cərimələnib? - DİN-dən REAKSİYA

  Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydaları pozan, sanitar-epidemioloji vəziyyəti nəzərə almadan, koronavirusa qarşı mübarizə...

“Sən əsl dost, heyrətamiz anasan” – Emin Leyla Əliyevanı təbrik etdi

  Xalq artisti Emin Ağalarov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı təbrik edib.  Sfera.az xəbər verir ki, bu barədə sənətçi s...

Avtosfer.az və QHT polisləri belə təbrik etdi - FOTO - VİDEO

  Bu gün Azərbaycan polisinin yaranmasının 102 ili tamam olur. Hər il olduğu kimi bu il də "Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşəbbüsü ...