Ombudsman 2 saylı İstintaq Təcridxanasına getdi

Ombudsman 2 saylı İstintaq Təcridxanasına getdi
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Milli Preventiv Qrupun üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasına başçəkmə həyata keçirilib.

Ombudsman Aparatının Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, BMT-nin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyası”nın Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd müəssisədə saxlanılan qadınların və yetkinlik yaşına çatmayanların saxlanma şəraitinin və onlarla rəftarın, hüquqlarının təmin edilməsi vəziyyətinin, həmçinin COVID-19 pandemiyasına qarşı görülən profilaktik işlərin öyrənilməsi olub.

Başçəkmə zamanı təcridxanadakı qadın və yetkinlik yaşına çatmayanların saxlanıldığı yerlərə baş çəkilib, mövcud şərait monitorinq edilib.

Qadınların saxlanıldığı bina ilə tanışlıq zamanı saxlanma şəraitinin daxili intizam qaydalarına, sanitar-gigiyenik qaydalara uyğun olduğu müşahidə edilib. Başçəkmə zamanı təqsirləndirilən qadınlardan birinin himayəsində azyaşlı körpəsinin olduğu nəzərə alınaraq əlavə təminat və uyğun şəraitlə təchiz edildiyi müəyyən edilib.

Yetkinlik yaşına çatmayanların saxlanıldığı kameralar yoxlanılıb, həmin şəxslərin saxlanma şəraitinin təkmilləşdirilməsinə ehtiyac olduğu müəyyən edilib.

Görüşlər zamanı Ombudsmanın səlahiyyətləri, İşgəncələrə qarşı Milli Preventiv Mexanizm mandatı, Ombudsmana müraciət etmək qaydaları, təqsirləndirilən şəxsin cinayət-prosessual qanunvericilikdən irəli gələn hüquqları barədə ətraflı məlumatlar verilib.

Saxlanma şəraitinin daha da təkmilləşdirilməsi, yetkinlik yaşına çatmayan şəxslərinin saxlanma şəraitinin yaxşılaşdırılması, o cümlədən saxlanılan şəxslərin və müəssisədə çalışan əməkdaşların COVID-19 infeksiyasına yoluxmasının qarşısının alınması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının təlimatlarına və Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydalarına uyğun tədbirlərin davam etdirilməsi tövsiyə edilib.

 

OXŞAR XƏBƏRLƏR

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

Böyük Britaniyanın 107 yaşlı sakini növbəti ad gününü qeyd edib və uzun ömür sürməyin sadə sirrini açıqlayıb.  Sfera.az xəbər verir ki, bu barədə...

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.   Sfera.az bildirir...

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...

Hüquqi şəxslər “Expressbank”dakı vəsaitlərini çıxarır – Bank kiçilib

Azərbaycanın özəl kommersiya banklarından olan “Expressbank”dan 2024-cü ilin birinci rübü ərzində hüquqi şəxslər böyük məbləğdə vəsaitlərini götürüb...

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin növbəti iclası 23 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sah...

Milli Məclisdə şəhid övladları ilə bağlı MÜHÜM TƏKLİF

“Özəl orta məktəblər şəhid övladlarını pulsuz oxutmalıdır”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Etib...