Olimpiya Oyunları üçün medallar elektron tullantılardan hazırlanacaq

Olimpiya Oyunları üçün medallar elektron tullantılardan hazırlanacaq
3 il bundan öncə söz verildiyi kimi 2020-ci ildə Tokio-da keçiriləcək Olimpiya və Paralimpiya oyunlarının təşkilatçı komitəsi təsdiqlədi ki, həmin oyunlarda iştirak edəcək idmançılar üçün olacaq medallar elektron tullantılardan istehsal ediləcək. Beləliklə atılmış və yenidən emala verilmiş cihazlardan tonlarla bürünc, gümüş və qızıl materiallar əldə olunacaq.
 
Sfera.az bildirir ki, bu barədə "The Verge" saytı xəbər verib.
 
Təşkilatçı komitənin təmsilçilərinin sözlərinə əsasən Yaponiya üzrə bir çox şirkət, Yaponiya cəmiyyəti, yerli və xarici idmançılar bu ideyaya böyük dəstək veriblər. Bu təşəbbüs nəticəsində bələdiyyələr 47.488 ton elektron tullantı yığıblar. Bura həmçinin istifadəçilərin NTT DOCOMO adlı yerli mobil operatoruna geri qaytardıqları 5 milyon ədəd köhnə mobil telefon da daxildir. Bundan əlavə olaraq poçt məntəqələrində və digər ictimai yerlərdə köhnə cihazların təhvil verilməsi üçün xüsusi məntəqələr də quraşdırılıb.
 
Hələ keçən ilin iyun ayında 2700 kq yenidən emal edilmiş bürünc əldə edilmişdi. Keçən ilin oktyabr ayında isə təşkilatçı komitə bildirmişdi ki, onlar lazım olan 30.3 kq qızılın 93.7%-ni, 4100 kq gümüşün isə 85.4%-ni əldə ediblər. Komitə əmindir ki, artıq yığılmış ehtiyyatlar sayəsində onlar bu ilin 31 mart tarixinə kimi medalların istehsalı üçün lazımi material həcmini əldə edə biləcəklər. Qeyd etmək lazımdır ki, Yay Olimpiya Oyunları 2020-ci ildə 24 iyuldan 9 avqusta kimi keçiriləcək.


OXŞAR XƏBƏRLƏR

Silva "Barselona"ya KEÇƏCƏK? - Gələn yay...

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva klubdakı müddətinin başa çatdığını hesab edir.   Sfera.az bildirir ki, portuqaliyalı fu...

Azərbaycan ABŞ ilə maliyyə sektorunda əməkdaşlığı möhkəmləndirməyi MÜZAKİRƏ ETDİ

Azərbaycan və ABŞ-nin maliyyə sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə edilib.   Sfera.az xəbər verir ki, bunu Azərbayc...

"Bu, açıq xəbərdarlıqdır" - Kim Çen nüvə ilə bağlı TAPŞIRIQ VERDİ

Şimali Koreya dünən keçirdiyi raket sınağını təsdiqləyib.   Sfera.az bildirir ki, bu barədə ölkənin rəsmi mətbuatında məlumat dərc edilib. Şimali Ko...

"Qızıl Top" sahibi Kloppu əvəz edə bilər 

Yurgen Kloppun "Liverpul"un baş məşqçisi postundan getməsi ilə klubda almaniyalının yerinə kimin keçəcəyi sualı aktuallaşıb.   Sfera.az bil...

Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti LƏĞV EDİLDİ

Bakı-Ağstafa-Bakı sürət elektrik qatarlarının keçdiyi Tovuz stansiyasında təmir-yenidənqurma işləri aparıldığından həmin dayanacaq müvəqqəti ləğv edilib. &nb...

Prezident: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur.   Sfera.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ap...