Olimpiadada ilk medalımızı qazanan İrina kimdir?

Olimpiadada ilk medalımızı qazanan İrina kimdir?
Bu gün Azərbaycana Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk medalını qazandıran İrina Kindzerska ukraynalı milliləşdirilmiş idmançıdır.

Sfera.az xəbər verir ki, o, 2017-ci ildən Azərbaycan bayrağı altında beynəlxalq yarışlarda çıxış edir.

Kindzerska 1991-ci ildə Ukraynanın Xmelnitsk vilayətində dünyaya gəlib. Orada cüdo ilə məşğul olmağa başlasa da, sonradan yığma komandasını dəyişib və Azərbaycanın uğurları üçün çalışmağa başlayıb.

Kindzerska azərbaycanlı sabiq cüdoçu Həmid Əliyevin həyat yoldaşıdır.

Xanım idmançı Azərbaycan millisində bir sıra uğurlar əldə edib.

O, 2017-ci ildə keçirilən İslam Həmrəylik Oyunlarında gümüş medala sahib çıxıb. Daha sonra isə elə həmin il baş tutan dünya çempionatında bürünc medal qazanmağı bacarıb. 

İki il sonra-2019-cu ildə Minskdə keçirilən İkinci Avropa Oyunlarında fəxri kürsünün 3-cü pilləsində yer almağı bacarıb. Ötən il isə Avropa Çempionatında yalnız finalda uduzaraq "gümüş”ə sahib çıxıb. 

Kindzerska, həmçinin 2013-cü ildə Ukrayna yığması ilə Avropa bürünc”ünə sahib çıxıb.

İrina bir müddət əvvəl "Olimpiya dünya”sı qəzetinə verdiyi müsahibədə Azərbaycanın Vətən müharibəsində qazandığı qələbədən də söz açıb: "Azərbaycanın qazandığı bu tarixi qələbə məni həqiqətən də sevindirdi. Həyat yoldaşımla birgə qələbə xəbərini eşidəndə çox kövrəldik.

Bildiyiniz kimi, mənim həyat yoldaşım azərbaycanlıdır. O, mənə Azərbaycanın tarixi, əzəli torpaqları, həmçinin doğulduğu Cəbrayıl rayonu barədə çox məlumat verib.

Mən bu qələbə münasibəti ilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm və Azərbaycanın günü-gündən daha da çiçəklənəcəyinə inanıram. Arzu edirəm ki, Olimpiya Oyunlarının qələbə sevincini Cəbrayılda qeyd edim”.

 

 





OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...