No Image
No Image
No Image

Oktyabrın hava proqnozu açıqlandı

Oktyabrın hava proqnozu açıqlandı
 Oktyabr ayına olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Sfera.az-a bildirilib ki, oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox  olacağı ehtimal olunur. Oktyabr ayının birinci ongünlüyünün ilk günlərində əsasən şimal və qərb rayonlarında şimşək çaxacaq, arabir yağış yağacaq.

Bakıda  və Abşeron yarımadasında  orta aylıq temperaturun 15-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 11-16, gündüzlər 20-24, üçüncü ongünlüyün bəzi günlərində 15-18 dərəcə isti  təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın  (norma 26-40 mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında   orta aylıq  temperaturun 13-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması  daxilindədir. Gecələr temperaturun  6-11, gündüzlər 23-28, bəzi günlərdə 18-23 dərəcə isti olacağı gözlənilir.  Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 19-32 mm) olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında orta aylıq temperaturun 7-11 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 0-2 dərəcə şaxta, gündüzlər 8-13, bəzi günlərdə 0-3 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 49-56 mm) gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq  temperaturun 13-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr temperaturun 11-16, gündüzlər 18-23, bəzi günlərdə 16 dərəcəyədək isti olacağı gözlənilir.  Aylıq yağıntının miqdarı iqlim normasına yaxın  (norma 31-61 mm), bəzi yerlərdə isə bir qədər çox olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 11-14 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 7-12, dağlarda 0-5 dərəcə isti, bəzi günlərdə 2-5 dərəcə şaxta, gündüzlər 15-20 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 34-126 mm) gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq  temperaturun 15-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr temperaturun 11-16, gündüzlər 19-24, bəzi günlərdə 16 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 37-54 mm), bəzi yerlərdə isə bir qədər çox olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında  orta aylıq temperaturun 11-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 8-13, dağlarda 3-7 dərəcə isti, bəzi günlərdə 0 dərəcəyə yaxın, gündüzlər 17-22 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 96-274 mm) gözlənilir.

OXŞAR XƏBƏRLƏR

"İki həftədən sonra daha pis nəticələr görə bilərik” - TƏBİB rəsmisi

"Biz öncə də demişdik ki, yoluxma artıma doğru gedir. Hazırki rəqəmlərdən də bunu görə bilərik. Təəssüf ki, bu artım davam edəcək. İnsanlarda o qədər arxayınlıq...

İşğaldan azad edilən ərazilərimizin - Tam siyahısı

27.09.2020 saat 07-36-dan başlayaraq aşağıdakı kəndlərimiz, Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri işğaldan azad edilib. Sfera.az Azərbaycan ordusunun işğalda...

Braziliyanın Səhiyyə naziri COVID-19-a yoluxdu

Həkimlər Braziliyanın Səhiyyə Naziri Eduardo Pazuelloda COVID-19 testinin cavabının pozitiv çıxdığını açıqlayıblar. Sfera.az xəbər verir ki, bu barədə "Es...

Azad olunmuş ərazilərdə meliorativ tədbirlərə başlanıldı

Şanlı Azərbaycan Ordusu tərəfindən sentyabr ayının 27-dən başlayan əks-hücum nəticəsində işğal altında olan bir sıra şəhər və kəndlərimiz azad olunub. Azad olun...

Azərbaycanda ovçuluq müvəqqəti dayandırıldı

Azərbaycanda hərbi vəziyyətin elan edilməsi, koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin sərtləşdirilməsi nəzərə alınaraq vəhşi heyvan və quş...

İşğaldan azad edilmiş torpaqlarda azan verilib - "Ərəbi21"

Ərəb aləmində geniş oxucu auditoriyasına malik "Ərəbi21” saytında "Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında 27 ildən sonra azan verilib” sərlövhəli məqa...