Oktyabrda nağd dollar alışı kəskin artıb

Oktyabrda nağd dollar alışı kəskin artıb
Azərbaycanda bu ilin oktyabrında nağd dollar alışında kəskin artım qeydə alınıb.
 
Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, nağd dollar alışı iyul, avqust və sentyabrda hər ay 94-96 milyon olduğu halda, oktyabrda 159,2 milyona yüksəlib.
 
Bu dəyişiklik oktyabrda dollara tələbin güclənməsini göstərir. Bununla əlaqədardır ki, ötən ay nağd dollar satışı da azalıb. Son 4 ayda dollar satışı 119-128,5 milyon arasında dəyişdiyi halda oktyabrda 100 milyona düşüb.
 
Noyabrda da dollara tələbin güclənməsi müşahidə edilir. Mərkəzi Bank tərəfindən keçirilən valyuta hərraclarında xarici valyuta alışının 100 milyonu keçməsi də bunu təsdiqləyir. Noyabrda keçirilən hərraclarda dollar satışı 605 milyonu ötüb. Ay başa çatana qədər daha 2-3 hərrac keçiriləcəyini nəzərə alsaq, ay ərzində dollar satışı 800 milyonu ötəcək.
 
Xatırladaq ki, əvvəlki ayların heç birində bu qədər yüksək məbləğdə satış nəticəsi qeydə alınmamışdı.
 
Vasif
 

OXŞAR XƏBƏRLƏR