Oksana 30 kilonu necə atdı? - FOTO

Oksana 30 kilonu necə atdı? - FOTO

Rəqqasə-aktrisa Oksana Rəsulova son aylar xeyli çəki atması ilə diqqət mərkəzindədir.

Sfgera.az qafqazinfo-ya istinadən xəbər verir ki, ana olduqdan sonra kiloları ilə vidalaşa bilməyən Oksana pəhriz üsulu ilə 30 kq arıqlayıb.

O, 6 aya buna nail olduğunu bildirib: "Doğuşdan dərhal sonra bunu edə bilmədim. Çünki 3 ay övladımı qidalandırırdım. Ona görə pəhriz tutmadım. Bu mərhələni keçdikdən sonra özümə qida rasionu tətbiq etdim.

6 aylıq pəhriz proqramım iki aydan bir dəyişdi. İlk iki ayda daha sərt pəhriz tutdum. Əvvəlcə başladığım SPA prosedurumu fitness, pilateslə əvəzlədim. Proqramın son aylarında sadəcə düzgün qida qəbul etdim. Çəkilişlərimin çoxluğundan fitness və pilatesə gedə bilmədim".


OXŞAR XƏBƏRLƏR