Oğuzda taxıl sahəsi və meşə yanır
19:53 / 25.06.2021
1652
Oğuz rayonunun Xalxal-Qışlaq kəndi ərazisində taxıl sahəsi və meşə yanır.
Sfera.az-ın məlumatına görə, hadisə bir qədər əvvəl baş verib.
Belə ki, kənd ərazisində 5 hektara yaxın biçilməmiş taxıl sahəsi yandıqdan sonra alov meşəyə keçib. Hadisə yerinə Oğuz rayonundakı Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən texnikası və xeyli sayda şəxsi heyəti cəlb olunub.
Hazırda yanğın davam edir.