Oğurlanan pulları ölkəyə necə qaytarmalı... – Ekspertlər xaricə daşınan milyonlardan danışdı

Oğurlanan pulları ölkəyə necə qaytarmalı... – Ekspertlər xaricə daşınan milyonlardan danışdı

"Bu vəsaitlər Azərbaycana gətirilsə, 5 il ərzində neft gəlirlərindən bir qəpik də istifadə etmədən, geninə-boluna investisiya qoyuluşunu təmin edə, eyni zamandaindiyə kimi görülən işlər qədər sosial yönümlü layihələr gerçəkləşdirə bilərdik”.


Bu sözləri Sfera.az-a açıqlamasında bəzi məmurlar tərəfindən "otkat” edilərək oğurlanan pullar ölkə iqtisadiyyatına yatırılsaydı, indi ölkəmizin vəziyyətinin necə olacağı barədə məsələyə münasibət bildirərkən, iqtisadçı ekspert Fuad İbrahimov deyib: "Ən azından müstəqillik illərində Azərbaycana gələn neft gəlirləri, rəsmi xərclənən vəsaitlərin 50 faizindən çoxu təyinatı üzrə xərclənməyib. Deməli, həmin yerdə qalan vəsaitlər hər hansı bir yolla mənimsənilib. Hazırda hökumət mənimsənilən həmin vəsaitlərin qaytarılması istiqamətində müəyyən işlər görür. Belə deyək ki, 1995-ci ildən bəri Azərbaycanda görülən işlərə xərclənən maliyyədən bir qədər artıq vəsait təyinatından kənarlaşdırılıb”.


"Azərbaycan məmurları ölkəmizin gələcəyinə inanmır”

Bunu isə sayta açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli söyləyib: "Belə çıxır ki, Azərbaycan məmurları ölkəmizin gələcəyinə inanmır. Gələcəyə, qoyulmuş investisiyaların dayanıqlığına, həmin pulların əllərindən alınmayacağına inansaydılar bəlkə də bu vəsaitləri Azərbaycana yönəldərdilər. Bu isə Azərbaycanda yeni iş yerlərinin yaranmasına, yeni iqtisadi aktivliyin baş qaldırmasına kömək olardı. Ona görə də istənilən işdən çıxarılan və yaxud fəaliyyətdə olan məmurun malik olduğu daşınar və daşınmaz əmlakı araşdırılarkən məlum olur ki, əksər yatırımları Amerikada, Avropada, əsasən də Böyük Britaniyadadır. Bu onu göstərir ki, onlar Azərbaycanın hüquq sisteminə, gələcəyinə, yatırımlarına da inanmırlar. Onlar həmin vəsaitləri qeyri-qanuni yolla əldə etdiklərini də anlayaraq bu işi görürlər”.


Həmsöhbətimizin fikrincə, qlobal, sistemli şəkildə məsələnin həlli yolu geniş maliyyə amnistisiyasından keçir: "Bu olmayınca, məmurların istənilən yolla əldə etdikləri vəsaitlərin təminatı yaranmasa, vəziyyət indiki şəkildə davam edəcək. Azərbaycandan oğurlanan pullar xaricə qaçmaqda və əcnəbi ölkələrdə iqtisadiyyatın inkişafına sərf olunmaqda davam edəcək. Düzdür, maliyyə amnistisiyası çox sərtdir, cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Amma başqa yol da yoxdur”.


Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün imtahan (ikinci cəhd) keçirəcək. Qəbul imtahanı m...

Tanınmış aparıcının vəkil xanımında yenidən xərçəng aşkarlandı

Yaxın günlərdə aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntüləri yayılmışdı.   Sfera.az xəbər verir ki, aparıc...

Silva "Barselona"ya KEÇƏCƏK? - Gələn yay...

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva klubdakı müddətinin başa çatdığını hesab edir.   Sfera.az bildirir ki, portuqaliyalı fu...

Azərbaycan ABŞ ilə maliyyə sektorunda əməkdaşlığı möhkəmləndirməyi MÜZAKİRƏ ETDİ

Azərbaycan və ABŞ-nin maliyyə sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə edilib.   Sfera.az xəbər verir ki, bunu Azərbayc...

"Bu, açıq xəbərdarlıqdır" - Kim Çen nüvə ilə bağlı TAPŞIRIQ VERDİ

Şimali Koreya dünən keçirdiyi raket sınağını təsdiqləyib.   Sfera.az bildirir ki, bu barədə ölkənin rəsmi mətbuatında məlumat dərc edilib. Şimali Ko...