Oğlunun şərləndiyini deyən qadının iddialarına - DİN-dən cavab

Oğlunun şərləndiyini deyən qadının iddialarına - DİN-dən cavab
Ağstafa rayon Xətai kənd sakini Mətanət Yaqubova narkotik maddə əldə edib saxladığına görə həbs edilən övladları Elşad Yaqubovla Rəşad Yaqubovun günahsız olduğunu bildirir. M.Yaqubovanın sözlərinə görə, Ağstafa rayon prokuroru Anar Cəfərovla rayon polis şöbəsinin rəis müavini Qurban Qurbanov, polis əməkdaşları əlbir olaraq oğlanlarına qarşı qərəz nümayiş etdirirlər və Rəşad Yaqubova şər atırlar. Daxili İşlər Nazirliyi M.Yaqubovanın iddiaları ilə bağlı açıqlama yayıb.

Sfera.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, 2021-ci ilin fevral ayında Ağstafa RPŞ əməkdaşları tərəfindən saxlanılan Elşad Yaqubovun üzərindən 9.554 qram narkotik maddə olan "metamfetamin” və  7.469 qram qurudulmuş "marixuana” aşkar edilərək götürülüb:

 "Onun qardaşı Rəşad Yaqubov da gizləndiyi fərdi yaşayış evində aşkar edilərək RPŞ-yə gətirilib. Onun da üzərindən 234.442 qram narkotik vasitə olan "heroin” və ümumi çəkisi 54.811 qram "metamfetamin” və "metadol” aşkar edilərək götürülüb.

Bundan başqa 2020-ci ilin may ayında Şəmkir RPŞ əməkdaşları tərəfindən saxlanılan Saleh Allahverdiyev üzərindən aşkar olunan 0.364 qram heroini 70 manata  Rəşad Yaqubovun vasitəçiliyi ilə onun qardaşı Elşad Yaqubovdan aldığını bildiriblər.

2020-ci ilin aprelin 22-də  Ağstafa polisi tərəfindən saxlanılan Qazax rayon sakini Azər Hüseynov ondan götürülən 0.349 qram heroini Rəşad Yaqubovdan 40 manata aldığını bildirib".



OXŞAR XƏBƏRLƏR