“Oğlumuza xərçəng olduğunu deyə bilmədik...” - Elmar Əmrahovun əməliyyata ehtiyacı var + FOTO

“Oğlumuza xərçəng olduğunu deyə bilmədik...” - Elmar Əmrahovun əməliyyata ehtiyacı var + FOTO

Əlmar Əmrahovun 30 yaşı var. 1 ay əvvəl ona beyin xərçəngi diaqnozu qoyulub və indi həyatı təhlükə altındadır.


Sfera.az-ın məlumatına görə, gəncin atası İnqilab müəllim 1news.az-a bildirib ki, əvvəlcə oğlu çiyinlərində və bədənin digər hissələrində ağrı hiss etməyə başlayıb, amma fiziki müayinə və rentgen zamanı onda dəhşətli bir xəstəlik - beyin xərçəngi aşkarlanıb.


"Oğlumuza xərçəng olduğunu deyə bilmədik, psixikasının zədələnəcəyindən, təlaşa düşəcəyindən qorxduq. O, başında adi kista olduğunu düşünür. Bu üzdən fotosunu sizə yollamırıq. Təsadüfən məqalənizə rastlayıb xəstəliyi barədə həqiqəti öyrənəcəyindən ehtiyatlanırıq”,-deyə ata bildirib.

 

Elmarın həyatını xilas etmək üçün təcili cərrahi əməliyyata ehtiyac var. Sözügedən əməliyyat bütün lazımi avadanlığa malik Medical Plaza klinikasında keçirilməlidir. Əməliyyatın qiynəti 14 min manatdır, amma Əmrahovlar ailəsinin bu məbləği ödəmək imkanı yoxdur. "Mən, həyat yoladşım, 5 övladımız və bacım kiçik bir mənzildə yaşayırıq. Mənim daimi işim yoxdur, vaxtaşırı tikintidə fəhləlik edirəm. 20 il əvvəl ayağım sınıb, elə o vaxtdan da axsayıram. Bununla belə evə bir tikə çörək gətirmək üçün istənilən işin qulpundan yapışıram.


Bildiyiniz kimi, indi ağır zəmanədir...Biz hətta dövlətdən 190 manat yardım da almışıq. Amma oğlumuzu əməliyyat etdirmək üçün lazım olan məbləğin heç cüzi hissəsi də bizdə yoxdur. Vəziyyətimiz haqda insanlara məlumat verməyinizi xahiş edirik, ümid edirik ki, lazımi məbləğ toplanacaq. Mən çox istəyirəm ki, oğlum yaşasın, sevgisini tapıb ailə qursun və bizi sevindirsin. O, hələ çox gəncdir”,- deyə İnqilab müəllim söyləyib.

 

Əslində bir insan həyatının xilası üçün 14 min manat o qədər də böyük məbləğ deyil. Biz dəfələrlə daha böyük məbləğlər tələb edən xəstəliklər barədə məqalələr dərc etmişik.Əgər ailənin kədərinəbiganə qalmayaraq, hər birimizimkanımız çatan qədər maddi yardım etsək, sözügedən məbləği qısa zamanda toplamaq mümkün olar.

 

Əmrahovlar ailəsinə Kapital Bankda İnqilab Əmrahovun adına açılan 4169 7413 5997 0504 nömrəli bank kartına pul köçürməklə, ya da atanın (050) 562 09 72 telefon nömrəsi ilə əlaqə saxlayaraq kömək edə bilərsiniz.

Verənin əliniz kəsilməsin!

 

 

Selcan

Sfera.az

OXŞAR XƏBƏRLƏR

"Karantin rejimi nə qədər davam edəcək?" sualına - Prezidentdən cavab

 "Bilirsiniz ki, biz pandemiya dövründə adətən karantin rejimini bir, ya iki həftə ərzində elan edirdik. Vəziyyəti təhlil edərkən, nəzarət mexanizmlərini g...

SON DƏQİQƏ! TƏBİB məlumat yaydı

 Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 6-nə olan statistik göstəriciləri açıqlayıb. Sfera.az xəbə...

"Məşhur oteldə baş verən o biabırçı hadisə dözülməzdir" - Prezident

 "Xəstəliyin yayılmasının səbəbi bəzi insanlarınn məsuliyyətsizliyidir. Sadə qaydaları onlar gözləmirlər, əməl etmirlər. Biz məcbur olduq cərimələri artırd...

DTX-nın həbs etdiyi Səlim Əlizadənin qardaşı bu vəzifəli şəxsdir - FOTO

 DTX-nın həbs etdiyi XİN vəzifəlisi Səlim Əlizadənin qardaşı Bakı Dövlət Universitetində dekan vəzifəsində çalışır. Sfera.az xəbər verir ki, Hikmət Ə...

AZAL-dan sərnişinlərə XƏBƏRDARLIQ

 Azərbaycanın milli aviadaşıyıcısının (AZAL) çarter reyslərinə aviabilet satışı haqqında müxtəlif məlumatların meydana çıxması ilə əlaqədar AZAL aviaşirkət...

Nazirlər Kabinetindən yeni QƏRAR

 Nazirlər Kabineti koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə q...