“Oğlum Rəsul doğulandan dünya işığına həsrətdir, əməliyyata ehtiyacı var” - FOTO

“Oğlum Rəsul doğulandan dünya işığına həsrətdir, əməliyyata ehtiyacı var” - FOTO

Sfera.az–ın məlumatına görə, 1 news.az saytının redaksiyasına müraciət edən iki yaşlı Rəsulun atası Faiq Əbdülrəhmanov bildirib ki, oğlu anadan olandan heç nə görmür, onundiaqnozu göz dibinin dağılmasıdır.

 

Körpəyə görmə qabiliyyətini qaytarmaq üçün Türkiyədə gözün buynuz qişasının transplantasiyası əməliyyatı keçirilməlidir. Amma ailənin bu əməliyyatı maddi baxımdan qarşılamaq imkanı yoxdur. Sözügedən əməliyyatındəyəri $11.400 (19 374.13 AZN) təşkil edir.

 

"Bizim yardıma ehtiyacımız var, inanırıq ki, xeyirxah insanlarsəsimizə səs verəcəklər...”,- deyə, ata etiraf edir.


Rəsuldan başqa Əbdülrəhmanovlar ailəsində daha bir uşaqböyüyür. Rəsulun böyük qardaşıməktəblidir, ikinci sinif şagirdidir. Ailə Bərdə rayonunun Hacılı kəndində yaşayır.

 

Faiq Əbdülrəhmanov deyir ki, Azərbaycanda heç kim bu əməliyyatı etməyə boyun olmayıb, ona görə də ailə Tehrandakı klinikaya müraciət edib. Balaca Rəsul həmin klinikada əməliyyat olunub, amma əməliyyat heç bir müsbət nəticə verməyib.

 

"Uşağın xəstəlik tarixçəsini və bütün lazımi sənəddləri Türkiyəyə yolladıq və oradan bizə ödəmə qəbzi göndərdilər. Ailəmizin belə bir böyük məbləği ödəməyə maddi imkanı yoxdur. Oğlumuzun dünya işığını görməyi üçün sizin yardımınıza ehtiyacımız var. Xahiş edirik, bizə kömək edin...”,- deyə, atayardımsevər soydaşlarına müraciət edib.

 

Bütün lazımi sənədləri və bank rekvizitlərini təqdim edirik.

Allah verən əlinizi kəsməsin!



 

 

Selcan

Sfera.az



OXŞAR XƏBƏRLƏR