Odlu silahın içinə kök qoyub atəş açdı - Nəticəsi dəhşət oldu - VİDEO
Odlu silahın içinə kök qoyub, onunla hədəfi vurmağa çalışdı. ABŞ-da bir ovçu, dünyanın ən lazımsız sınaqlarından birini keçirib. Məşhur cizgi filmi Baqs Bannidə dovşanın eyni yolla atəş açmasının real həyatda hansı nəticə verdiyini aydınlaşdırmaq istəyən gənc, axtardığı sualın cavabını tapıb.
Odlu silahın lüləsinə kök qoyan ovçu, atəş açacağı təqdirdə kökün ox kimi hədəfə tuş gələcəyini düşünürdü. Ancaq nəticə onun gözlədiyindən daha fərqli olub. Kök lülənin azğında tıxac yaratdığından, açılan atəş odlu silahın lüləsini parçalayıb.
Silahın sıradan çıxmasına təəssüflənmədiyini deyən amerikalı, istənilən halda bundan dərs aldığını gizlətməyib. O ki qaldı, onun odlu silahdan köklə atəş açmaq cəhdinə, görüntülər sadəcə ölkəsində deyil, bütün dünyada maraqla qarşılanıb.