Odlar Yurdu Universitetində narazılıq – Tələbələr Prezidentə müraciət etdi

Odlar Yurdu Universitetində narazılıq – Tələbələr Prezidentə müraciət etdi

Odlar Yurdu Universitetinin bir qrup tələbəsi dövlət başçısı İlham Əliyevə müraciət edib.


Sfera.az-ın məlumatına görə, tələbələr universitet rəhbərliyinin özbaşınalığından şikayətçidir. Belə ki, Təhsil Nazirliyi onlayn imtahan keçirməyi şərt kimi irəli sürsə də universitet rəhbərliyi imtahanın universitetə gələrək kompüter arxasında keçirilməsini tələb edib. Nəticədə tələbələr narazı qalıb.


Bildirək ki, universitet rəhbərliyi bu məcburiyyəti tətbiq etməsi ilə karantin qaydalarının ziddinə addım atmış olub.


Yaranmış vəziyyətlə bağlı ölkə başçısına müraciət edən tələbələr qarşılaşdıqları problemin aradan qaldırılmasını xahiş edir. Əldə etdiyimiz məlumata görə, artıq məsələ nəzarətə götürülüb və bazar ertəsi Təhsil Nazirliyinin vəziyyətə müdaxilə edəcəyi gözlənilir.