"Çocuklar duymasın"ın ulduzu gənc sevgilisinə görə izləyicilərini məhkəməyə verdi
Maqazin
11:54 / 01.05.2021
2724
"Çoçuklar duymasın" serialında Haluk obrazı ilə tanınan və əslən azərbaycalı olan məşhur Türkiyə aktyoru Tamer Karadağlı bəzi izləyicilərini məhkəməyə verib.
Sfera.az bildirir ki, bir müddətdir özündən 30 yaş balaca olan Iraz Yıldızla sevgili olan aktyor buna görə tənqid edilib. Aralarındakı yaş fərqinə görə izləyicilərin qəzəbinə tuş gələn Tamer hüquqi yola əl atıb.
54 yaşlı aktyorun iddialarına görə, cütlük həm də təhqirlərə məruz qalır.
Qeyd edək ki, ötən həftə Tamer Karadağlı son münasibətindən danışarkən "Sevgidə yaş fərqi olmur. Iraz 24 yaşında qızdı. Bu məsələyə qarışmağa kiminsə haqqı yoxdu. İnsanların nə dediyinə baxıb hərəkət edən deyiləm” -, deyə qeyd etmişdi.
Türkan
Sfera.az