Çoban işlədiyi fermadan oğurluq etdi

Çoban işlədiyi fermadan oğurluq etdi

Zaqatalada işlədiyi fermadan oğurluq edən çoban saxlanılıb.

Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Əliabad qəsəbə sakini Abdulla Həmzəyev ona məxsus fermadan 23 baş xırda buynuzlu, 4 baş iri buynuzlu mal-qaranın naməlum şəxs və yaxud da şəxslər tərəfindən oğurlanması barədə məlumat verib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A. Həmzəyevə məxsus ümumilikdə 27 baş xırda və iri buynuzlu mal-qaranı oğurlayan şəxsin rayonun Muxax kənd sakini, elə həmin fermada çoban işləyən 32 yaşlı Həsən İbrahimov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Oğurladığı heyvanlardan bir neçəsi polis əməkdaşları tərəfindən aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...

Cavanşir Məmmədov VƏFAT ETDİ

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.   Sfera.az-ın  Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ür...