Obama sosial şəbəkədə telefonunun nömrəsini paylaşdı - Foto

Obama sosial şəbəkədə telefonunun nömrəsini paylaşdı - Foto
ABŞ-ın keçmiş prezidenti Barak Obama "Twitter”dəki hesabında telefon nömrəsini qeyd edərək, amerikalılardan ona prezident seçkiləri ilə bağlı planlarına dair SMS-lər göndərməyi xahiş edib.

Sfera.az "Report"a istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi bildirib.

"Yeni nəyi isə yoxlayaq. Əgər siz Birləşmiş Ştatlardasınızsa, mənim 773-365-9687 nömrəli telefonuma mesajınızı göndərin”, - sabiq prezidentin paylaşımında deyilir.

Siyasətçi amerikalılardan işlərinin necə olması, nə barədə düşünmələri və bu il kimə səs verməyi planlaşdırdıqları barədə danışmağı xahiş edib.

Sabiq prezident qeyd edib ki, o vaxtaşırı "insanlarla əlaqədə olacaq". Obama qarşıdakı səsvermə haqqında öz fikirlərini bölüşəcəyini söz verib.

ABŞ-da prezident seçkiləri noyabrın 3-ə planlaşdırılır, bir sıra ştatlarda artıq vaxtından əvvəl səsvermə başlayıb. Hazırkı dövlət başçısı Donald Tramp ikinci müddətə prezidentliyə namizəddir. O, demokratların namizədi Co Baydenlə mübarizə aparacaq.
 


OXŞAR XƏBƏRLƏR

Cavanşir Məmmədov DƏFN OLUNDU -YENİLƏNDİ - 2

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa ta...

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...