Obama Nobelə layiq deyildi, mən isə... – Tramp
12:15 / 14.09.2020
2636
Barak Obama Nobel mükafatına layiq deyil, çünki bunun üçün heç nə etməmişdi.
Sfera.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O bildirib ki, Obama bu mükafatı prezident kürsüsünə gəldikdən qısa müddət sonra alıb.
Tramp yaxın keçmişdə iki dəfə Nobelə namizəd olduğunu da xatırladıb.
ABŞ lideri bunun Serbiya-Kosovo münaqişəsinin və Ərəb-İsrail məsələsinin həllindəki səylərindən irəli gəldiyini iddia edib. O, bu məsələlərin gündəmə gətirilməməsinə görə KİV-i günahlandırıb.
Qeyd edək ki, D.Trampın Nobel Sülh mükafatına namizədliyi irəli sürülüb.
(axar.az)