“OBA”da 74 minlik mənimsəmə

“OBA”da 74 minlik mənimsəmə
"OBA" marketin keçmiş əməkdaşı 73 min 907 manat pulu mənimsəyib. 

Lənkəran Rayon Prokurorluğundan Sfera.az-a verilən məlumata görə, "Veysəloğlu” şirkətlər qrupuna daxil olan "OBA Market” MMC-nin Satış Əməliyyatları Şöbəsinin "OBA” marketlər şəbəkəsinin Lənkəran filialında mənimsəmə faktı ilə bağlı daxil olmuş müraciət əsasında araşdırma aparılıb.

Aparılmış araşdırma zamanı müəyyən edilib ki, həmin filialda satıcı-kassir, əmək müqaviləsinə əlavə ilə administrator vəzifəsində işləmiş Elxan Cəfərzadə 28.03.2017-ci il tarixdən 21.05.2018-ci il tarixədək olan müddətdə cəmiyyətə məxsus qeyri-qida məhsullarını kassadan kənar şəkildə müxtəlif şəxslərə və ticarət obyektlərinə sataraq əldə etdiyi 73 min 907 manat məbləğində pul vəsaitini xəzinəyə ödəməyərək özünün şəxsi ehtiyacları üçün sərf edib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

 


 


OXŞAR XƏBƏRLƏR

Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.   Belə ki...

SOCAR prezidenti Britaniya rəsmiləri ilə görüşdü

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Ould və Birləşmiş Kırallığın İxrac Maliyyəsi Depa...

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Şəki şəhəri “Cəfərabad” QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi,...

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...