No Image
No Image

"O subaydır, mən isə boşanmışam, hökmən deyil ki, kiminsə qızını alıb gəlin etsin" - VİDEO

"Tamamilə işsiz qalmadım, amma mən də çətinlik çəkdim. Bir neçə ay 190 manat yardım aldım. Daha sonra isə bir neçə marketinq işi gördüm".

Bu barədə prodüser Təranə Səmədova News24.az-a açıqlamasında bildirib:

 

"Gördüyüm işlərlə irəliyə doğru getdikcə, ayağımdan dartanlar da çox oldu. Görünür nə qədər açıqsözlü olsan, bir o qədər də insanların gözündə "həyasız", qalmaqallı olursan. Amma inanın ki, bu qədər iş görməyimə baxmayaraq, ancaq "Bacanaqlar" serialından, bir də içkili halda polislərin məni saxladığı görüntülərlə yadda qalmışam. Bəziləri haqq qazandırdı, digərləri isə təhqirlərimə görə məni söyürdü. İzah edə bilmirdim ki, o an sərxoş və əsəbi idim. Bəs mənim gördüyüm o qədər işlər nə oldu? Niyə insanlar heç birini xatırlamır?"

"Çox adam məndən soruşur ki, sevgilim var, ya yox? Amma mən artıq sevgililik dönəmini çoxdan keçmişəm. 32 yaşında o insanı tanımışam və hələ də həyatımda çox böyük rolu var.

Düzdür, yaşca məndən kiçikdir, amma düşüncələri çox fərqlidir. Valideynləri haqqımda bilirlər.

Hətta bir dəfə anası mənə zəng edib dedi ki, "dost kimi qalın, çünki o çox böyük əziyyət çəkir. Mən də yeganə oğlumu itirmək, elə vəziyyətdə görmək istəmirəm".

"Bilirsiniz, o insan ailə də quracaq, övladları da olacaq, amma mənim kimi qadın onun həyatına heç vaxt girməyəcək. Subay oğlandır. Mən isə boşanmışam, uşağım var, adım bir neçə nəfərlə hallanıb. Bunları dərk edib anasını çox gözəl anlayıram. Onun valideynləri köhnə düşüncəlidirlər, müasir təfəkkürlə uyğunlaşa bilmirlər. Anlamırlar ki, övladım əgər bu qadınla xoşbəxtdirsə, elə onunla da yaşasın. Hökmən deyil ki, kiminsə qızını alıb gəlin etsinlər. Bundan sonra da başqa-başqa problemlər yaranır. Mən o insanı da, ailəsini də qəbul etdim, amma qarşı tərəf başqa reaksiyalar göstərdi. Elə ona görə də ayrılsaq da bir yerdəyik",-deyə prodüser bildirib.


Sfera.az

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Röyanın “Qış yuxusu” - VİDEO

Xalq artisti Röya Ayxan Türkiyədə lentə alınan yeni layihəsini təqdim edib.   Sfera.az xəbər verir ki, ifaçının "Qış yuxusu” adlı mahnısının söz...

Tanınmış azərbaycanlı bəstəkar vəfat etdi

Tanınmış bəstəkar İlham Abdullayev vəfat edib. Sfera.az xəbər verir ki, bunu Xalq artisti Faiq Ağayev feysbukda yazıb. Onun sözlərinə görə, bəstəkar...

Flora Kərimovanın ürəyi dayandı

Sosial şəbəkələrdə Xalq artisti Flora Kərimovanın səhhətinin pisləşdiyi barədə məlumatlar yayılıb. İddialara görə 80 yaşlı sənətçinin yaxını Yaqut xanım o...

"Bütün duet ortaqları eşq yaşayır" - Azərbaycanlı müğənnidən etiraf

"Bütün duet ortaqları eşq yaşayır. Bəsdir, belə şey olar?”.   Sfera.az-ın məlumatına görə, bunu Mənzurə Musayeva "Günə bir şou" verilişində deyib. O bild...

Eldar Quliyev xəstəxanaya yerləşdirildi

Xalq artisti, rejissor Eldar Quliyev yenidən xəstəxanaya yerləşdirilib. Sfera.az xəbər verir ki, səhhəti pisləşən Xalq artisti bir neçə gün əvvəl "MediClub” kl...

"Oğlanlarınızı evləndirib bədbəxt etməyin” - Murad Arif toy eləmək həvəsində olanlara SƏSLƏNDİ

"Evi, təminatı, normal işi olmayan 20-25 yaşlı oğlanlarınızı evləndirib bədbəxt etməyin”.   Sfera.az-ın məlumatına görə, bunu bu sözləri bəstəkar-müğənni...