O pullar BÜDCƏDƏN OĞURLANIB... - Mərhum nazir oğlunan İTTİHAM

O pullar BÜDCƏDƏN OĞURLANIB... - Mərhum nazir oğlunan İTTİHAM
 Keçən günlərdə məlumat yayıldı ki, 46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Camalov Rəşad Yavər oğlu seçicilərə pul paylayır. Xatırladaq ki, R.Camalov sabiq Müdafiə Sənayesi naziri Yavər Camalovun oğludur

Məlumatda deyilirdi ki, Şirvan şəhər məktəblərinin bir qrup müəllimini və məntəqə komissiyası üzvlərini "Yeganə” şadlıq sarayına toplayıblar və 100 manat "şirinlik” paylayıblar: "Bu işi də Şirvan Şəhət İcra Hakimiyyəti başçısının birinci müavini Samid Abıyev təşkil edib. Samid Abıyev Rəşad Camalovun əmisi, Şirvan şəhər İcra hakimiyyətinin keçmiş başçısı, hazırda Zərdab İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun övladlarının kirvəsidir. Vaxtilə Mərdan Camalovun köməkçisi olub, sadiqliyini qoruyub saxlayıb. İndidən Şirvanda belə rəy yaradıb ki, Rəşad Camalovun xeyir-duası verilib, "seçilib”. Məncə, Rəşad Camalovun başqa ölkə vətəndaşlığı da olmalıydı…”

Bununla bağlı DİA.AZ-a müraciət edən bir qrup Şirvan sakini bildirir ki, Rəşad Camalovdan həmin pulların qaynağnı da soruşmaq lazımdır: "O pulları rəhmətlik atası dövlət büdcəsindən mənimsəmişdi. Allah ona rəhmət eləsin. Amma haqqı da danışmaq lazımdır. Hər halda Rəşad Camalova həmin pullar babasından qalmayıb, atasından qalıb".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

OXŞAR XƏBƏRLƏR