\"O cür oğlan avtobusla gedib-gəlirdi\" - Manaf Ağayev - VİDEO

\
"Kişi doğulanda kişi olur, sonradan olmur”.
 
 
Sfera.az azxeber.com-a istinadla  xəbər verir ki, bu sözləri "Söhbət var” verilişində müğənni Manaf Ağayev deyib. O, bildirib ki, yaxşılıq etdiyi insanlar ona pislik edib:
"Mənə qarşı pislik edən adama yenə də yaxşılıq edirəm. Özümə söyüş qoyuram ki, o adama yaxşılıq etmə, alınmır. Adam var ki, ona yaxşılıq edirsən, o pisliyindən qalmır. Mənə başa salırlar ki, o doğulanda belə doğulub. Kişilik gendən gələn şeydir. Oğlan tanıyıram ki, acdı, amma qüruru var. O bir dəfə mənə deməyib ki, problemim var. Görmüşəm ki, o cür oğlan avtobusla gedib-gəlir. Həmin stolda ona maşın bağışlamışam. Mən belə olmuşam. Dostum var, onun övladı olmurdu. Onun övladı olanda toyunun hesabını ödəmişəm. Mənim yaltaq adamdan xoşum gəlmir”.




OXŞAR XƏBƏRLƏR