“O boyda peyğəmbərdən yox, Rəşad Məciddən qorxursan...” – Yazarlar arasında qarşıdurma

“O boyda peyğəmbərdən yox, Rəşad Məciddən qorxursan...” – Yazarlar arasında qarşıdurma

Yazarlar Müşfiq Şükürlü və Kəramət Böyükçöl arasında qalmaqal yaranıb.


Sfera.az xəbər verir ki, birincinin kulis.az saytında küçədə kitablarını satan Kəramət Böyükçöl haqqında "qaraçı” yazması qarşı tərəfin cavabı ilə müşayiət olunub.

Kəramət Böyükçölün həmin statusunu təqdim edirik:


"Gənc dostumuz Müşfiq Şükürlü bir dəfə Məhəmməd peyğəmbəri təhqir edən status yazmışdı. Üstündən 5-10 dəqiqə keçəndən sonra statusu sildi. Soruşdum ki, Müşfiq, niyə sildin? Dedi, Rəşad Məcid zəng vurmuşdu, hirsləndi ki, o nədir ağzına gələni yazmısan? Mən də sildim. Qayıtdım ki, o boyda peyğəmbərdən qorxmursan, Rəşad müəllimdən qorxursan, nə qəribə adamsan. İndi həmin Müşfiq yenə bir yazı yazıb, küçədə kitab satan yazarlara qaraçı deyib. Müşfiq həssas və yaradıcı, istedadlı bir oğlandır və mən də məhz hörmət əlaməti olaraq onun yazısına qısa cavab vermək istəyirəm.

Əziz Müşfiq, sənin yazının çap olunduğu kulis.az saytında Azərbaycan qəzetçiliyini Rauf Arifoğlunun, Azərbaycan ədəbiyyatını Nəriman Həsənzadənin gününə qoyan bir hakimiyyət, siyasi sistem haqqında iki kəlmədən ibarət məqalə yaz, sonra küçədə kitab satan qələm dostlarına "qaraçı" deyərsən. Özünü, əqidəsini, dostlarını satanlardan qorxursan, amma kitabını satanların üstünə xox gəlirsən. Evi katibələrinə, mükafatı məşuqələrinə verirlər, fəxri adı satırlar... Bizimsə küçədə kitab satıb ev kirayəsi verməkdən başqa əlacımız qalmır, onu da sən qoymursan. Allah sənin ömründən kəsib Rəşad Məcidin ömrünə calasın”.


OXŞAR XƏBƏRLƏR