“Növbəti dayanacağımız Şuşadır, bizi gözləyin...” - Azərbaycan asgərindən Ermənistana mesaj

“Növbəti dayanacağımız Şuşadır, bizi gözləyin...” - Azərbaycan asgərindən Ermənistana mesaj
 

Azərbaycan ordusunun mayın 20-də başlayan əməliyyat-taktiki təlimlərinin ikinci gününün sonunda (mayı 22-də) Ermənistana belə mesaj göndərilib: "Növbəti dayanacağımız Şuşadır, bizi gözləyin...”.

 

Virtualaz.org xəbər verir ki, bu barədə erməni şərqşünas və hərbi analitik (ən azından özünü belə təqdim edir-red.) Karen Ovannisyan özünün Facebook səhifəsində yazıb. "Azərbaycan öz cəmiyyətini sülhə "hazırlayır”. İrimiqyaslı təlimlərin ikinci günündə "sülh carçıları” bizə aşağıdakı mətnlə mesaj göndəriblər: "Növbəti dayanacağımız Şuşadır, bizi gözləyin...”. Bunu azərbaycanlıların dəyişdiyini və daha əvvəlki kimi olmadıqlarını deyənlərin hamısına göstərmək lazımdır”-Ovannisyanın yazdıqları belədir.

 

 

 

Lakin bu erməni "şərqşünas və hərbi analitik” mesajın hansı formada, hansı vasitə ilə göndərildiyi haqda heç nə bildirmir. Habelə mesaj Ermənistanda daha kimlərə ünvanlanıb, o haqda məlumat yoxdur. Ovannisyan və onun kimilər əbəs yerə səksəkəyə düşmür, işğalçılar həqiqətən Azərbaycan əsgərinin ayaq səslərinin yaxınlaşdığını hiss etməyə başlayıblar və azərbaycanlıların "əvvəlki kimi olmadıqlarına” 2016-cı ilin aprelində artıq əmin olublar...


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...