Ünvanlı sosial yardım bir il müddətinə təyin olunacaq

Ünvanlı sosial yardım bir il müddətinə təyin olunacaq
"Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda dəyişiklik edilib

Sfera.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Sənəddə əsasən texniki dəyişikliklər və "Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 2 iyun tarixli 125-VIQD nömrəli Qanununa uyğunlaşdırılmalar öz əksini tapıb.

Belə ki, "Ünvanlı dövlət sosial yardımı haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Dəyişikliyə qədər bu müddət 2 il müəyyən edilmişdi.

Sosial yardım almaq üçün müraciət edilən zaman ailənin sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməsi və sosial yardım təyin edildikdən sonra gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailənin bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verməsi üçün 15 (on beş) iş günü müddəti müəyyən edilib. Bu məlumatlar düzgün verilmədiyi aşkar olunduqda həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir.

Qərarda edilən əsas dəyişikliklər:

- Ailənin adambaşına düşən kommunal xidmətlərə görə limitinin 10 faizdən 15 faizə artırılması;

- Ailənin orta aylıq gəlirinin hesablanmasında kreditin nəzərə alınmaması;

- Elektron qaydada əldə olunması mümkün olmayan məlumatlar barədə aidiyyəti qurumların arayışlarının nəzərə alınması imkanının yaradılması.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...