Nura Suri: \"Dünyaya uşaq gətirməzdim\"
13:09 / 18.02.2021
1210
"Yaşım az olsaydı, indi ailə qursaydım, mən bu dünyaya övlad gətirməzdim. Hazırda gördüyüm, bugünkü dünyaya bir insan bəxş etməyə qıymazdım".
Sfera.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri "10-da görüşək" proqramında deyib. Sənətçi bildirib ki, övladlarına da erkən yaşda valideyn olmağı məsləhət görməyib:
"Övladlarıma da onu demişəm, başa salmışam. Tutaq ki, mən valideyn olmaq istəyirəm deyə dünyaya övlad gətirirəm. Amma o insanın bundan sonrakı həyatının necə olacağı barədə çox götür-qoy etmək lazımdır. Yəni ki, bugünkü gün yüz ölçüb, bir biçmək gərəkdir. Tam hazır olduqdan sonra dünyaya uşaq gətirmək olar".
Qeyd edək ki, Nura Surinin 3 oğlan övladı var.
/Musavat.com