Noyabrın 2-dən bütün təhsil müəssisələrində tədris distant olacaq

Noyabrın 2-dən bütün təhsil müəssisələrində tədris distant olacaq
Azərbaycanda təhsil yenidən distant formada keçiriləcək.

Sfera.az xəbər verir ki, Nazirlər Kabinetinin bu gün verdiyi qərara əsasən, Xüsusi karantin rejimi dövründə ölkəmizdə fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formada olacaq.

Müəyyən edilməlidir ki, bu Qərarın qüvvədə olduğu müddətdə sanitar-epidemioloji vəziyyətlə bağlı Azərbaycanın baş dövlət sanitariya həkiminin və ya Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyləri əsasında Təhsil Nazirliyi ayrı-ayrı inzibati ərazi vahidlərində fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edə bilər.

Qeyd edək ki, bu Qərarla bağlı sabah təşkil ediləcək brifinqdə daha ətraflı məlumat veriləcək.

OXŞAR XƏBƏRLƏR

Bayden bu gün Ukraynaya yardım layihəsini İMZALAYACAQ - Paketə həm də nələr daxildir?

Aprelin 24-də ABŞ Prezidenti Co Bayden Kiyevə silah tədarükünü bərpa etmək üçün Konqresin təsdiq etdiyi Ukraynaya yardım qanun layihəsini imzalayacaq.  ...

Xalq artisti Tünzalə Ağayeva DƏYİŞDİ - FOTO 

Xalq artisti Tünzalə Ağayeva imicində dəyişiklik edib.   Sfera.az xəbər verir ki, pop star saçlarını uzadıb və rəngini narıncıya boyayıb. Onun yeni ...

Cinayət törədən 55 nəfər SAXLANILDI 

Aprelin 23-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Bu b...

Erməni lobbisindən daha bir “SANKSİYA OYUNU”: “Təşəbbüsü irəli sürən şəxs...” 

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı üzvü, ölkədəki erməni lobbisinin fəal iştirakçısı Dina Titusun Azərbaycana qarşı sanksiya layihəsi ilə çıxış etdiyi b...

Deputata AĞIR İTKİ - FOTO

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanova ağır itki üz verib.   Sfer...

Bəzi rayonlara yağış yağdı - FAKTİKİ HAVA

Aprelin 24-ü saat 9:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək ça...