\"Noyabr-dekabr aylarında infeksiyalara yoluxma halı 4-5 dəfə artacaq\" - Professordan XƏBƏRDARLIQ

\
"Son günlər COVİD-19-a yoluxmada dinamik artım qeyd olunur. Bu da tək adi insanlar arasında deyil, hətta həkimlər arasında da narahatlığa səbəb olub”.
 
Sfera.az bildirir ki, bunu tibb elmləri doktoru, professor Musa Qəniyev deyib. Onun sözlərinə görə,  pandemiyadan əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə, növbəti noyabr və dekabr ayının birinci, ikinci ongünlüyündə virus təbiətli infeksiyalara yoluxma halı 2-3, hətta 4-5 dəfə və daha artıq arta bilər:

"Bu hal heç də qorxulu vəziyyət kimi dəyərləndirilməməlidir. Çünki növbəti aylardan başlayaraq, kollektiv kontaktda "nisbi uyğunsuzluq” halı aradan qalxacaq və istənilən viral infeksiyaya yoluxmada əvvəlki illərdə olan "nisbi tarazlıq” tam bərpa olunacaq. Digər tərəfdən iddia olunur ki, hazırda koronavirusun simptomları çox dəyişib. Adi soyuqlama və qripin əksər klinik əlamətləri COVİD-19-a yoluxmanın ilk günlərində müşahidə olunan klinik əlamətlərdən demək olar ki, fərqlənmir. Odur ki, kəskin artımla özünü göstərən qrip və adi soyuqlamanın dəyərləndirilməsində, diaqnostik səhvə yol yerilməməli və bu fəsli infeksiyalar koronavirusla qarışdırılmamalıdır. Əks hal, əhali arasında gərginlik, panika və qorxu kimi arzuolunmaz hal yaradar. Nəticədə məhdudiyyət və karantin tədbirlərinin əsassız da olsa, tətbiqinə zəmin yaranar”.

Mütəxəssis qeyd edib ki, COVİD-19 hazırda yoluxdurma göstəricisinə görə 10 ən geniş yayılmış viral infeksiya içərisində 5-ci, letallıq göstəricisinə görə isə, yalnız 6-cı yerdədir: "Yəni hər 100 xəstəyə 3,6 % ölum halı düşür. Odur ki, koronavirusun hazırda müşahidə olunan artım dinamikasına, fəsli xarakter daşıyan viral infeksiyaların, total artımının faiz nisbəti kimi baxılmalıdır”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...