Novxanıda dənizdə batan şəxsin meyiti tapıldı
Hadisə
19:31 / 21.07.2021
1202
Abşeron rayonu Novxanı kəndində dənizdə (qeyri-çimərlik ərazi) batan 2000-cü il təvəllüdlü İsmayılov Zaur Raqib oğlunun axtarışları başa çatıb.
Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Z.İsmayılovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.