Novruz Qartal İmamzadə qəbristanlığında dəfn edilidi - FOTOLAR

Novruz Qartal İmamzadə qəbristanlığında dəfn edilidi - FOTOLAR
Azərbaycanın Əməkdar artisti Novruz Qartalın dəfn mərasimi keçirilir.

Əməkdar aktyor Gəncə şəhərinin İmamzadə qəbristanlığında torpağa tapşırılır.

Əməkdar artistlə vida mərasiminə onun səmət yoldaşları, Gəncə Dram Teatrının aktyorları, rəsmilər iştirak edir. Aktyor uzun sürən xəstəlikdən sonra dünən həyatını itirib.

Qeyd edək ki, Novruz Yaqub oğlu 1947-ci ildə anadan olub. N.Y. Əliyev əmək fəaliyyətnə 1965-ci ildə Texniki təchizat idarəsində fəhləlikdən başlayıb. 1966-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olub. 1967-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb.

Çalışdığı illərdə Novruz Əliyev özünü epizodik və əsas rolların bacarıqlı ifaçısı kimi göstərib. Azərbaycan dramaturqlarının, eləcə də xarici ölkə yazıçılarının əsərlərində onlarla yaddaqalan surətlər yaradıb. Onun "Toy kimindir"də Qoşun, "Durna"da Dursun, "Hicran"da Balaəmi, "Lənət şeytana"da İsrafil, "Özümüz bilərik"də İbişov, "Milyonçunun dilənçi oğlu"nda xidmətçi, "Sevindik qız axtarır"da tələbə, "Nənəmin şahlıq quşu"nda Qədim Qədimoviç və başqa rolları tamaşaçıların dərin rəğbətini qazanıb.
 
(baku.ws)
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda keçmiş məmurun ailəsində FACİƏ - FOTO

9 gün əvvəl İsmayıllı rayonunda baş vermiş yanğın zamanı xəsarət alan şəxs dünyasını dəyişib.  Sfera.az-ın məlumatına görə, rayonun Quşencə kəndində ...

Samur-Abşeron kanalında tank və top mərmiləri tapılıb - FOTOLAR-VİDEO

Samur-Abşeron kanalında tank və top mərmiləri tapılıb. Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd olunu...

Azərbaycanlı tələbə Rusiyada qətlə yetirildi - FOTOLAR

Azərbaycanlı gənc Rusiyada qətlə yetirilib. Sfera.az APA-ya istinadən bildirir ki, hadisə Yaroslavl şəhərində baş verib. Rusiya vətəndaşı, 10 il məhkumluq...

Azərbaycanlı prodüser vəfat etdi - FOTO

Prodüser və kino təşkilatçısı Aydın Abdullayev 71 yaşında dünyasını dəyişib. Sfera.az xəbər verir ki, bu haqda rejissorun dostları məlumat yayıb. Mərhumun...

10-a yaxın avtomobil qəzaya düşdü - Xəsarət alanlar var - FOTOLAR

Şamaxı, İsmayıllı və Ağsu rayonları ərazisindən keçən yollarda bir neçə avtomobil qəzası baş verib. Sfera.az-ın APA-ya istinadən xəbərinə görə, bu ərazilə...

Bakıda şirkət əməkdaşı qəza törətdi, 3 nəfər öldü

Bakıda şirkət əməkdaşı qəza törədib, 3 nəfər ölüb. Sfera.az xəbər verir ki,  hadisə yanvarın 18-də paytaxtın Binəqədi rayonu, Binəqədi şosesində qeyd...