Novruz bayramında Əfv fərmanı olacaq – Siyahıda kimlər var?
13:38 / 25.02.2021
1373
"Novruz Bayramı ərəfəsində çoxsaylı məhbus
azadlığa buraxıla bilər”.
Bu sözləri Sfera.az-a açıqlamasında qarşıdan gələn
yaz bayramı ərəfəsində növbəti əfv fərmanının olacağı ilə bağlı iddialara münasibət bildirərkən hüquq müdafiəçisi Səidə Qocamanlı deyib:
Onun bildirdiyinə görə, Əfv Komissiyası bu istiqamətdə intensiv iş aparır:
"Dekabr ayında gözlənilən əfv fərmanının
olmamasının səbəbi var idi. Bu Vətən Müharibəsi ilə bağlı idi. Ona görə də növbəti əfv fərmanının daha
münasib zamana qədər ertələnməsi məqsədəuyğun sayıldı. Məlumatımıza görə, Novruz Bayramında əfvin
verilməsi üçün Əfv Komissiyası kifayət qədər intensiv işləyir. Növbəti əfvə kimlərin düşəcəyilə bağlı son
sözü də təbii ki, dövlət başçısı deyəcək.
Əfvin daha geniş kütləni əhatə edəcəyini gözləyirik. Güman edirik ki, bir sıra amillər nəzərə
alınmaqla Novruz Bayramı ərəfəsində çoxsaylı məhbusun azadlığa buraxılmasına
şahidlik edəcəyik”.
Hüquq müdafiəçisi tərtib etdikləri siyahıda
yaşlı insanlar, dindarlar, jurnalistlər, blogerlər, bəzi siyasi partiyaların
üzvlərinin olduğunu qeyd edib: "Burada
ömürlük həbs edilən bir sıra insanların da adlarını qeyd etmişik. Onlar içərisində OMON-çular, Birinci Qarabağ
savaşında iştirak edənlər var. Onların
da işlərinə yenidən baxılmasını istərdik”.
Elçin
Sfera.az