No Image
No Image

“Novruz bayramına qədər məktəblər bağlansın” – QUBAD İBADOĞLUDAN TƏKLİF

“Novruz bayramına qədər məktəblər bağlansın” – QUBAD İBADOĞLUDAN TƏKLİF
 

"Gələn həftədən Bakı, Gəncə, Sumqayıt və respublika tabeli digər şəhərlərdə yerləşən təhsil müəssisələrində tədris Novruz bayramına qədər dayandırılsın”.

Sfera.az  xəbər verir ki, iqtisadçı Q.İbadoğlu bu təklifi facebook səhifəsində paylaşdığı statusunda irəli sürüb.

O, bu təklifini aşağıdakı tezislərlə əsaslandırıb: "Koronavirusun coğrafiyası genişlənir, hələ ki, hətta güclü tibbə malik olan ölkələr belə onu dayandıra bilmir. Cənubi Koreya infeksiya daşıyıcılarının, İran isə virusun can aldığı insanların sayına görə virusun mənşə ölkəsi olan Çindən sonra ikinci yeri bölüşür. İranda baş verənlər bütün qonşular üçün təhlükələr yaradır. Rəsmi məlumatlarda İranda 15 nəfərin bu virusdan vəfat etməsi göstərilsə də, raketlə vurduğu sərnişin təyyarəsini bir neçə gündən sonra etiraf edən İran rəsmilərinin məlumatına nəinki xaricdə, hətta daxildə özləri də şübhə edirlər. Böyük ehtimalla İranda virusun həm daşıyıcılarının, həm də virusdan ölənlərin sayı saxtalaşdırılır.

İran ötən il xaricə səfər edən hər 5 Azərbaycan vətəndaşından 2-nin, bütövlükdə isə 2 milyondan çox insanın səyahət etdiyi ölkədir. Adətən, İrandan Azərbaycana daha çox turist 21 gündən sonra qədəm qoyan Novruz bayramı ərəfəsində müşahidə olunur. Odur ki, İranda can alan virusun Azərbaycana daxil olması ehtimalı yüksəkdir. Onun qarşısını almaqda Azərbaycan səhiyyəsi acizdir. Amma, təxirəsalınmaz və qabaqlayıcı tədbirlərlə gündən-günə artan riskləri azaltmaq olar. Nə etməli? Təklif edirəm:

İran-Azərbaycan arasında canlı ünsiyyət yaradan bütün kommunikasiya və nəqliyyat vasitələri (hava, avtomobil və s.) ikitərəfli qaydada dayandırılsın.

İranla sərhəd keçid məntəqələri gediş-gəliş və transit daşımalar üçün bağlansın. Digər sərhəd keçid məntəqələrində Çindən və virusun yayıldığı digər 30 ölkədən gələnlər xüsusi tibbi yoxlamalardan keçirilsin.

Səhiyyə Nazirliyi tibbi personalı təlimatlandırsın, xəstəxana, ambulator-klinik və diaqnostik mərkəzləri lazımı resusrlarla (dərman, sarğı ləvazimatı, infeksiya vasitələri və s.) təmin edilsin, şübhəli şəxslərin müayinələri və bu istiqamətli testlər yalnız ixtisaslaşmış tibbi müəssisələrində aparılsın.

Qapalı yerlərdə nəzərdə tutulan kütləvi idman, mədəniyyət, incəsənət və sair tədbirlər (toylar da daxil olmaqla) təxirə salınsın.

Bu həftə ərzində bağçalarda, məktəblərdə, kolleclərdə, texnikumlarda və universitetlərdə təlimatlandırma və maarifləndirmə işləri aparılsın, gələn həftədən Bakı, Gəncə, Sumqayıt və respublika tabeli digər şəhərlərdə yerləşən təhsil müəssisələrində tədris Novruz bayramına qədər dayandırılsın.

Əhali arasında kütləvi informasiya vasitələri, xüsusilə də televizorlar vasitəsilə maariflərnidmə işi həyata keçirilsin, əhali posterlər, video-roliklər vasitəsilə virusdan mühafizə vasitələri barədə məlumatlandırılsın.

Virusun mənşə ölkəsinə, eləcə də onun geniş yayıldığı ölkələrə məxsus olan restoran-kafelərdə qidalanmaya, ordan idxal olunan ərzaq mallarının alışına məhdudiyyətlər qoyulsun.

Dərman və tibbi ləvazimatların idxal və ixracına nəzarət gücləndirilsin.

Naxçıvanın blokadaya düşməsini əsas götürərək Bakı-Naxçıvan istiqamətində uçuşların intensivliyi artırılsın və gediş-gəliş biletinin qiyməti aşağı salınsın.

Təkliflər arasında bağçalar, məktəblər, kolleclər, texnikumlar və universitetlərdə təhsilin Novruz bayramına qədər dayandırılmasının ən çox müzakirəyə səbəb olacağını nəzərə alaraq, firkrimi aşağıdakılarla arqumentləşdirmək istərdim.

– Hazırda valideynlər uşaqlarını şəhərlərdə bağça və məkltəblərə göndərməkdə tərədüd edirlər, onların bir çoxları artıq uşaqlarını bağça və məktəblərə buraxmır.

– Mart ayı qeyri-iş günlərinin sayı ən çox olan aydır. Bu ay ərzində şənbə-bazar günləri ilə birlikdə qeyri-iş günlərinin sayı 15 gündür. Bu o deməkdir ki, onsuz da ay ərzində 15 gün dərs olmayacaq, yerdə qalan 16 günün dərsləri isə, təklif edirəm ki, yaz semestrinin sonuna əlavə edilsin.

– Milli səhiyyə bərbad haldadır, əgər Azərbaycana virus gəlsə, daha sürətlə yayıla və daha çox can ala bilər.

– Havaların qızması virusun neqativ təsirlərini azaltdığından martdan çıxsaq, hesab edirəm ki, bu dərddən də çıxa bilərik.

Mətbuat nümayəndələrindən, izləyici və üzv dostlardan xahiş edirəm ki, bu təklifləri paylaşsınlar ki, onun qəbul edilməsinə və nəzərə alınmasına ictimai təsir imkanları formalaşsın”.


Turan Bank

OXŞAR XƏBƏRLƏR

Saxlanan gömrük işçisi icra başçısının kürəkəni çıxdı - TƏFƏRRÜAT

  Xəbər verdiyimiz kimi, Şimal Ərazi Baş Gömrük İdarəsinin qaçaqmalçılığa qarşı mübarizə idarəsinin rəis müavini Emil Hüseynov və daha iki vəzifəli şəxs s...

Karantində olan xəstələrə cəza xəbərdarlığı: “HƏKİMLƏRƏ ZOR TƏTBİQ EDİRLƏR…”

  Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üzrə profilaktik tədbirlər davam etdirilir. Hazırda bununla bağlı müvafiq maarifl...

“Novruz bayramına qədər məktəblər bağlansın” – QUBAD İBADOĞLUDAN TƏKLİF

  "Gələn həftədən Bakı, Gəncə, Sumqayıt və respublika tabeli digər şəhərlərdə yerləşən təhsil müəssisələrində tədris Novruz bayramına qədər dayandırılsın”...

ABŞ-ın ölkəmizdəki səfirliyindən vətəndaşlarına çağırış: "SƏNƏDLƏRİNİZİ ƏL ÇATAN YERLƏRDƏ..."

ABŞ-ın Azərbaycandakı səfirliyi Amerika vətəndaşlarını ehtiyat tədbirləri görməyə çağırıb. "Yaxın Şərqdə gərginlik artır, bu, xaricdəki ABŞ vətəndaşları üçün tə...

"Sizə gözləmədiyiniz yerdə zərbə endirəcəyik" - Süleymani Trampı belə hədələmişdi, əksinə oldu

ABŞ prezidenti Donald Trampın göstərişi ilə Bağdad aeroportu ərazisində avtomobil kolonuna endirilən raket zərbəsi nəticəsində həyatını itirən İran generalı Qas...

Çinin Quranı yenidən yazmaq niyyətinə SƏRT ETİRAZ

"Çinin bu addımı Qurana müdaxilədir, belə hal heç bir zaman qəbul edilməyib, edilə də bilməz”. Sfera.az-a açıqlamasında bu sözləri Çin hökumətinin...