"Növbəti illərdə türk dünyasında iqtisadi əlaqələr daha da dərinləşəcək” - Millət vəkili

"Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu görüşündə anlaşma memorandumu imzalanıb. Sənəd ölkələr arasında iqtisadi-ticari əlaqələrin genişlənməsinə xidmət etməklə, qarşılıqlı investisiya qoyuluşlarının artırılmasını təşviq edəcək".

Sfera.az bildirir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. 
 
Millət vəkil qeyd edib ki, strateji əməkdaşlıq xəttini son illər daha da gücləndirən türkdilli dövlətlər iqtisadi münasibətlərin dərinləşməsi üçün yeni imkanları müəyyənləşdirirlər: "Azərbaycan və Mərkəzi Asiyada yerləşən türkdilli dövlətlər MDB çərçivəsində qarşılıqlı ticari rejimi artıq formalaşdırıblar. Türkiyə ilə Azərbaycan arasında imzalanan preferensial ticarət sazişi bu ilin martında qüvvəyə minib. Türkiyə Özbəkistan ilə oxşar sazişi imzalamaq mərhələsindədir. Bu isə ondan xəbər verir ki, türk dünyasında növbəti illərdə iqtisadi əlaqələr daha da dərinləşəcək”.

V. Bayramov qeyd edib ki, Azərbaycanın Vətən müharibəsindəki zəfərindən sonra regiondakı düzən də dəyişib:

"Artıq reallığa çevrilməkdə olan Zəngəzur dəhlizi 1,1 trilyon dollardan çox ümumdaxili məhsulu olan türkdilli ölkələri iqtisadi baxımdan birləşdirməklə yanaşı, regionun starteji əhəmiyyətini daha da artıracaq. Dəhliz türkdilli ölkələr arasında ticarət dövriyyəsinin, eləcə də beynəlxalq yük daşımaların həcminin artırılması üçün yeni imkanlar açacaq”.
 
Turan Rzayev
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Dünyanın ən zəngin 5 ailəsi – 238 milyard dollarlıq sərvət...

Blomberq dünyanın ən zəngin ailələri barədə yazı yayımlayıb.   Sfera.az xəbər verir ki, siyahıda qeyd olunan ailələrin sərvəti pandemiya dönəmində azalma...

Qara dəniz qazı Türkiyənin tələbatının 33 faizini ödəyəcək

Türkiyə, Qara dənizdə kəşf etdiyi yataqlarda ən yüksək hasilat səviyyəsinə 6 ildən sonra çatacağını proqnozlaşdırır.  Sfera.az "Bloomberg”ə istinadən...

MDB ölkələrinə uçuş 1 ayda 111 manat BAHALAŞIB

Bu ilin avqustunda Azərbaycandan MDB ölkələrinə uçuş qiymətləri bir qədər də artıb.  Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, MDB ölkələr...

“Brent” markalı neftin qiyməti ən yüksək səviyyəyə çatdı

Dünya bazarlarında "Brent” markalı neftin qiyməti 1%-dən daha artıq bahalaşıb və 2018-ci ilin noyabrında qeydə alınmış 79 ABŞ dolları səviyyəsini ötüb. Sf...

Taxtanın qiyməti hər ay rekord qırır – Bahalaşma 40 faizi ötdü

Artıq bir ildir ki, hər ay Azərbaycanda taxtanın qiymətində rekord göstərici qeydə alınır. Davamlı bahalaşma hesabına ötən ay kəsilmiş taxtanın bir kub metrinin...

Neftin qiyməti 80 dollara yaxınlaşır

Neft qiymətlərində yüksəlmə bu həftənin ilk gününüdə də davam edir. Artıq "Brent” markalı neftin qiyməti 78 dolları ötüb. Qiymət artımlarını şərh edən birja ana...