“Növbəti iki rübdə neft sektorunda ixtisarlar davam edə bilər”

“Növbəti iki rübdə neft sektorunda ixtisarlar davam edə bilər”
 "Bazar prinsipləri əsasında fəaliyyət göstərən müəssisələrin ehtiyacı olmadan əlavə iş yükünü saxlaması və ya əlavə iş yerləri yaratması təşəbbüsü dövlət büdcəsi üçün yükdür. Bu, eyni zamanda, SOCAR-ın rentabelliyini də risk altına alır".
 

Koronavirus pandemiyasının qarşısını almaq üçün ölkələrin həyata keçirdiyi məhdudlaşdırıcı tədbirlər nəticəsində qlobal miqyasda istehsal dayandırıldı və ya məhdudlaşdırıldı, nəqliyyatdan istifadə minimuma endi. Bütün bunlar enerji daşıyıcılarına qlobal tələbin aşağı düşməsi ilə müşahidə olundu. Bu da öz növbəsində neftin qiymətinin kəskin ucuzlaşması ilə nəticələndi. Bu cür vəziyyət birbaşa neft şirkətlərinin fəaliyyətinə mənfi təsir göstərdi. Onlar xərclərinə yenidən baxmaq məcburiyyətində qaldılar.

Belə ki, martın ortalarında ən iri neft şirkətlərindən olan "Exxon Mobil” və "Royal Dutch Shell” xərclərini50 milyardABŞ dollarına yaxın azaldacaqlarını bəyan etdi. Nüfuzlu konsaltinq şirkəti olan "Rystad Energy”nin proqnozuna əsasən, neft sektorunda çalışanların 21%-i və ya milyondan çox işçi ixtisar olunacaq. Dünyanın ən iri neft-servis şirkətləri olan "Schlumberger" və "Halliburton" ixtisarlarla bağlı planlarını açıqladı. "Halliburton" bu ilin əvvəlindən dünya üzrə bütün bölmələrində çalışan5 minişçisi ilə yolları ayırıb. "BW Research”n hesabatına əsasən isə ABŞ-da təkcə mart ayında qazma kampaniyaları və neft emal edən zavodlar50 mindənartıq iş yerini ixtisar edib.

İqtisadçı-ekspertRəşad Həsənovbaş verən proseslərlə bağlı bildirib ki, hələ növbəti iki rübdə neft sektorunda kiçilmə, bunun nəticəsində isə ixtisarlar davam edə bilər.

 

"Bildiyiniz kimi, neft müəyyən müddət maya dəyərindən aşağı qiymətə təklif olundu. Onun qiyməti hətta mənfiyə doğru düşdü və bu, əsil fəlakət oldu. Belə ki, əgər gəlirlər aşağı düşürsə, həmin şirkətlər investisiya qoya bilmir. İnvestisiya layihələrinin ixtisara düşməsi onlara cəlb olunan iş gücünə olan ehtiyacı aradan qaldırır və mövcud iş gücünün qorunub saxlanması imkanları məhdudlaşır. Yəni gəlirlərin azalması fonunda neft şirkətləri mövcudluqlarını saxlamaq, defolt risklərini azaltmaq məqsədi ilə müəyyən qərarlar qəbul etməli olur", - o deyib.

Onun sözlərinə görə, neft sektoru sadəcə neft hasil edən sahə deyil:"Onun klaster sahələri var. Sektorun alıcıları əgər alıcılıq gücünü itirirsə, tələb aşağı düşür. Bu zaman əvvəlki öhdəliklərin icrasında problemlər yaranır, bunun fonunda da klaster sahələr gücünü itirir, zəifləmə başlayır və onlar da ixtisarlara gedirlər. Bunların hamısının başında dayanan isə neftin qiymətidir. Bu gün biz müşahidə etdiyimiz ixtisarlar, layihələrin təxirə salınması, investisiya qoyuluşlarının azaldılması prosesi bir az dərinləşəcək. Çünki "qara qızılın” bugünkü şərtlər daxilindəki mövcud qiyməti həm neft hasil edən şirkətlər, həm də ölkələr üçün səmərəli deyil".

İqtisadçı ekspertin fikrincə, neftin qiymətində müsbət tendensiyalar hiss olunsa da, burada marjinal səviyyə var: "Belə ki, neft hasil edənlər üçün rentabelli sayıla biləcək qiymət bir barel üçün 45 ABŞ dollardır. Lakin həm OPEC-in, həm Beynəlxalq Enerji Agentliyinin, həm də ABŞ-ın Enerji İnformasiya Administrasiyasının proqnozlarında neftin bahalaşması yalnız cari ilin 4-cü rübündə ehtimal olunur. Bu, o deməkdir ki, hələ növbəti iki rüb ərzində neft sektorunda kiçilmə, bunun nəticəsi olaraq da ixtisarlar davam edə bilər".

"Azərbaycana gəlincə, ölkə OPEC+ formatında üzərinə hasilatı azaltmağadair öhdəlik götürüb. Hasilatın azalması isə təbii ki, bu sektorda iş gücünə tələbi aşağı salacaq.Bundan başqa, həm SOCAR, həm də ABƏŞ-in (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti) strukturuna daxil olan şirkətlərin növbəti dövrlər üçün investisiya layihələrinin icrasında problem yaranacaq ki, bu da potensial iş gücünə ehtiyacı azaldacaq. Bunu bazar qaydaları diktə edir. Bazar prinsipləri əsasında fəaliyyət göstərən müəssisələrin ehtiyacı olmadan əlavə iş yükünü saxlaması və ya əlavə iş yerləri yaratması təşəbbüsü dövlət büdcəsi üçün yükdür. Bu, eyni zamanda, SOCAR-ın rentabelliyini də risk altına alır", - R.Həsənov diqqətə çatdırıb. 

(marja)



OXŞAR XƏBƏRLƏR

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

“WhatsApp” tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün mesencerə üç filtr əlavə ediblər.   Sfera.az bildirir ki...

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Azərbaycanda təlim zamanı bəzi sürücülərə cərimələr yazılır.   Təbii ki, avtomobil idarə edərkən bəzi qaydaları bilmək vacibdir.   Təlimçi...

Dəri xərçənginin ən ölümcül növü: Melanoma nədir və onu vaxtında necə aşkar etmək olar?

Yaz və yay aylarının başlaması ilə insanlar açıq havada daha çox vaxt keçirməyə başlayırlar. Bu zaman dəri xərçəngi, xüsusən də melanomanın inkişaf riski ciddi ...

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.   Sfera.az “Xəzərxəbər.az”a istinadən xəbər verir ki, bunu rəq...

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...