\"Növbəti aylarda daha 5 mutasiya gündəmə gələcək\" - Tibb elmləri doktorundan XƏBƏRDARLIQ

\
Daha bir azərbaycanlı mütəxəssis COVİD-19-un "Delta" ştammı ilə bağlı açıqlama verib.

Sfera.az bildirir ki, professor, tibb elmləri doktoru Musa Qəniyev vətəndaşları təlaşlanmamağa çağırıb.

Belə ki, mütəxəssis qeyd edib ki, "Alfa", "Beta", "Delta", "Delta-plyus" və s. kimi ştammlar koronavirusun RNT-sində yaşam, bələdləşmə və uyğunlaşma  qanunlarına uyğun olaraq baş verən, baş verməsi mütləq qanunauyğunluq və zərurət olan letallıq mutasiyası nəticəsində əmələ gələn mutantlardır: 

"Hazırda Latın əlifbası sırası ilə adlandırılanlardan 4-ü gündəmdədir. Növbəti aylarda daha 5-i haqqında, daha sonra isə digərləri haqqında məlumat verilə və onların  "ölüm mələkləri” olduğu bildirilə bilər. Bunlar, insanların depressiyaya düşməsi, həyatdan əl üzməsi və düşünülmüş şəkildə özünə qapanması və məhvinə xidmət edən istəklərdir. Buna yol verilməməlidir".

M.Qəniyev deyib ki, hazırda genom fərqliliyi göstərən 4 ştammı, öyrənilən 5 ştammı, tapılacaq yeni - sıra ardıcıllığı ilə 15 ştammının heç biri letallıq və arzuolunmaz proqnozuna münasibətdə koronavirusdan üstün ola bilməz:

"Bu qeyri-mümkündür, təbabət və mövcudiyyət qanunlarına ziddir. COVİD-19 artıq ikinci aydır ki, fəsli infeksiyadır. Buna inanın".

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...

Bakıda Qırğız kino günlərinin açılışı oldu

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Qırğız Mədəniyyəti Günləri davam edir. Silsilə tədbirlər çərçivəsində Nizami Kino Mərkəzində Qırğız kino...

Meyxanaçı nəvəsinə Polad Həşimovun adını verdi

Meyxanaçı İntiqam Rüstəmov baba olub.   Sfera.az xəbər verir ki, bu barədə sənətçi "7 Tamam" verilişində bildirib. Sənətçinin sayca dördünc...

Mask: "Qərbdə gec-tez vətəndaş müharibəsi başlayacaq"

Qərbdə vətəndaş müharibəsi gec-tez başlayacaq, istəsək də, istəməsək də. Sfera.az xəbər verir ki, bunu amerikalı iş adamı İlon Mask X sosial şəbəkəsində ya...

Castin Bieberin dostu güllələnib

Castin Biber və Kellinin yaxın dostu olan amerikalı reper Kris Kinq Tennessi ştatının Neşvill şəhərində öldürülüb. Reperin oğurluğa cəhd zamanı soyğunçular tərə...