Notr-Dam Kilsəsinin alovu və Azərbaycandakı keşiş Klodlar

Notr-Dam Kilsəsinin alovu və Azərbaycandakı keşiş Klodlar
İki Dünya müharibəsindən sağ çıxan Paris Notr-Dam Kilsəsi bir aprel günündə yanğına təslim oldu və indi yəqin ki, ən çox ağlayan Viktor Hüqonun ruhudur. Çünki bu kilsə məhz onun qələmə almasından sonra bu qədər məşhurlaşdı və günümüzə qədər qorunaraq saxlanıldı. Lakin Fransanın gücü buna çatdı, dünya müharibələrindən qoruya bildikləri tarixi kilsəni yanğından xilas edə bilmədilər. Bu Fransa arxitekturasının tarixində kulminasiya nöqtəsi hesab oluna bilər və çox qəribədir ki, burada "Paris Notr-Dam Kilsəsi” əsərinin kulminasiya nöqtəsi ilə bənzərlik mövcuddur: hər ikisinin ehtiyacı su idi.

Əsərin kulminasiyasında gözəl Esmiralda kütlənin daşqalaq etdiyi qozbel Kvazimodaya öz kuzəsində su verir.

"Mənə su verdi” – 800 il sonra Paris Notr-Dam Kilsəsinin yanıb külə dönməsi fonunda Kvazimodanın bu sözləri yada düşür. Və bu dəfə nə Hüqo vardı, nə də Esmiralda… Paris Notr-Dam Kilsəsinə su verən tapılmadı, hətta əsrlərdir Sena çayının sahilində "yaşasa” da və 856 illik tarix külə çevrildi.

Bu, həm də onu sübut etdi ki, dünyada heç bir ölkə yanğın fəlakətindən sığortalanmayıb, hətta dünyanı viran qoyan iki böyük müharibədən sağ çıxmış, yanğına və digər təbii fəlakətlərə qarşı milyonlarla avronun xərcləndiyi Paris Notr-Dam Kilsəsi belə. Çünki yanğın dünyanın üç böyük fəlakətindən biridir və heç kim, heç bir ölkə bunu yaşamayacağını deyə bilməz, sadəcə önləyici tədbirlər görə bilər.

Bunu anlayan fransızlar yalnız bir sual verir: yanğının söndürülməsi üçün niyə helikpterlər, təyyarələr istifadə olunmayıb?

Milli Təhlükəsizlik Xidmətinin cavabı: bu cür yanğınlarda təyyarə və vertolyotlardan istifadə edilmir. Çünki onlar texniki baxımdan belə şəraitə adaptasiya edilməyib. Eyni zamanda, tonlarla suyun belə kövrək binalarda istifadəsi onların daha çox zərər çəkməsinə, hətta uçmasına səbəb ola bilər.

Və kədər içində olan xalq bu cavabla razılaşır, hər kəs həmrəylik göstərir, çünki yanan həm də onların mirasıdır.

Fransa xalqının yanaşması bütün xalqlar üçün təbii fəlakətlərə qarşı necə bir mövqenin sərgilənməsi baxımından nümunə hesab oluna bilər. Hərçənd, biz öz ölkəmizdə zaman-zaman bunun əksini görürük və sual yaranır: biz niyə təbii fəlakət olan yanğın zamanı "günahkar” axtarışında çıxır, özümüzü Kvazimodanı daşqalaq edən kütlə kimi aparırıq?!

Hər hansı iaşə obyekti yanır, dövlət əlindən gələni edir, lakin yenə məsələni "yanğın yerinə” çevirənlər susmaq bilmir.

Yanğın baş verir, insanlar öz dərdlərinə düşürlər, lakin bu dərddən belə qazanc güdənlər, məsələni siyasiləşdirib bəlkə "hakimiyyətə gəldim” marağını gizlətməyənlər ortaya çıxır.

Onlar Esmiraldaya aşiq olan və öz "ehtirasının qurbanına” çevrilən keşiş Klod Frolloya bənzəyir. Eyni şeydir, Klodun öz "ehtirası” uğuruna cinayəti Esmiraldanın üzərinə yıxması ilə təbii fəlakətləri "hakimiyyət ehtiraslarının” vasitəsinə çevirmək…

İndi fransızlar bu kəslərin məntiqi ilə hərəkət etsələr onda ittihamlar irəli sürməli və deməlidirlər:

– 9 əsrlik tarixi kilsəni bilərəkdən yandırdılar;
– Kilsə Sena çayının sahilində yerləşsə də, yanğınsöndürənlər su tapa bilmədilər;
– Hakimiyyət tariximizi qoruya bilmədi;
– Hakimiyyət buna görə məsuliyyət daşıyır və istefa verməlidir;

Azərbaycanda siyasi hakimiyyətə iddia edənlərin Fransa xalqına çıxışı olsaydı, kilsənin alovları fonunda mütləq belə fikirlər səslənəcəkdi. Lakin Fransa kədər içində olsa da, Hüqonun "O yerdəki sadə günəş işığı kifayətdir, yanğın alovlarına nə ehtiyac var?!” sözlərini unutmur. Biz də unutmamalıyıq: təbii fəlakətləri siyasi qazanca çevirmək istəyənlərlə öz cinayətini günahsız qızın üzərinə yıxan Klod arasında böyük fərq yoxdur!



OXŞAR XƏBƏRLƏR

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi 

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib.   Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istin...

FHN Lənkəranda qanunsuz tikililəri SÖKDÜ - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Lənkəranda qanunsuz tikililəri söküb.   Bu barədə Sfera.az-a Fö...

Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?

Azərbaycanın ən böyük xarici kapitallı bankı olan “Accessbank”da  həm əhalinin, həm də hüquqi şəxslərin depozitlərinin həcmində azalma müşahidə...

Türkiyədə tarixi bina YANIR - FOTO

Türkiyənin Kırklareli şəhərində tarixi binada yanğın başlayıb.   Sfera.az "TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Karakaş məhəlləsi...

Paşinyan: "İlk dəfə məsələ danışıqlar masası arxasında həll edildi"

İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər.   Sfera.az xəbər verir ki, bunu Ermənistan baş nazir...

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana GƏLƏCƏK

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.   Sfera.az xəbər veri...