Nostradamusdan 2022-ci illə bağlı 4 dəhşətli PROQNOZ

Nostradamusdan 2022-ci illə bağlı 4 dəhşətli PROQNOZ
Məşhur fransız kahin Nostradamusun 2022-ci illə bağlı verdiyi 4 dəhşətli proqnozlar üzə çıxıb.

1503-cü ildə dünyaya gələn Nostradamus yaşadığı illərdə gələcəyə yönələn kəhanətlərinin reallaşması ilə tanınır.

Sfera.az  kahinin 2022-ci ildə reallaşacağını proqnozlaşdırdığı 4 kəhanəti təqdim edir.

Asteroid toqquşması
 
 
 
"Webtekno”da yer alan xəbərə görə, Nostradamusun 2022-ci ili kəhanətləri arasında asteroid kimi açıqlanan bir ifadə yer alır: "Göydən düşən bir atəş görürəm”. Bu ifadə ilə dəqiq nəyin nəzərdə tutulduğu bilinməsə də ağla gələn əsas fikir asteroid toqquşmasıdır.

İnflyasiya və aclıq ön plana çıxacaq

Nostradamusun kəhanətində "Bal mumdan daha baha başa gələcək. Buğdanın qiyməti o qədər yüksək olacaq ki, insan həmcinsini çarəsizlik içində yemək məcburiyyətində qalacaq” ifadəsi yer alıb. Dünya bazarında buğda və ərzaq qiymətlərinin artması kəhanətin bir hissəsinin müəyyən mənada reallaşması anlamına gələ bilər.

Süni intellekt gerçəyə çevrilir?
 
 
 
"Ay yüksək dağın üzərində gecə dolu
Tənha bir beyinə sahib yeni müdrik görür:
Tələbələri tərəfindən ölümsüz olmağa dəvət edildi, 
Gözlər cənuba. Əllər sinədə, bədənlər atəşdə”.

Nostradamusun bu kəhanətini açıqlamaq olduqca çətindir. Fəqət, bir çox insan "yeni müdrik” ifadəsinin süni zəka ilə eyniləşdirir. Söhbət süni zəkadan düşmüşkən, Elon Musk üzərində "Tesla Bot" adlı robotun prototipini 2022-ci ildə təqdim etməyi planlaşdırır. İnsana bənzəyən "Tesla Bot" robotu neyroşəbəkələr və Dojo adlı superkompüter vasitəsilə müxtəlif işləri yerinə yetirəcək. 

Yeni Qlobal İsinmənin fəsadları
 
 

"Günəş kimi baş parıldayan dənizi yandıracaq
Qaradənizin yaşayan balıqları həmin an qaynayacaq.
Rodos (Ege dənizində ada, Yunan şəhəri) və Genuya yarıac qalanda
Yerli əhali onları kəsmək üçün mübarizə aparacaq”.
 
 
 
 Nostradamusun bu kəhanəti açıq şəkildə 2022-ci ildə dünyanın isinəcəyini və özü ilə yeni fəlakətlər gətirəcəyini göstərir.
 
(bizim.media)


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...