Normadan artıq duzdan istifadə edilməsi...

Normadan artıq duzdan istifadə edilməsi...

Süfrəmizin əsas nemətlərindən olan duzu el arasında "bərəkət rəmzi" adlandırırlar. Xörək bişirərkən ona dad qatmaq üçün mütləq duz əlavə edilir. Bəs gün ərzində hansı miqdarda duzdan istifadə etmək sağlamlıq üçün ziyan törətmir?

Sfera.az  AZƏRTAC-a istinadən bildirir ki, həkim-fitoterapevt Elnur Eldaroğlunun dediyinə görə, duzun gündəlik istifadəsi 10-15 qram aralığında balanslaşdırılmalıdır. Onun həmin normadan artıq qəbul edilməsi sağlamlıq üçün təhlükəlidir: "Hipertoniya, insult və ürək-damar xəstəliklərindən əziyyət çəkənlər duzdan ehtiyatla istifadə etməlidirlər. Hətta qaraciyər serrozu, böyrək xəstəlikləri və nefrotik sindromla müşayiət olunan xəstəliklər zamanı duzdan istifadə edilməsinə qadağa qoyulur".

Həkimin verdiyi məlumata görə, normadan artıq duz istifadə olunması orqanizmdə müəyyən asılılıq yaradır. Ona görə də duzdan istifadəni tədricən azaltmaq tövsiyə edilir. Bir sıra qidalar var ki, tərkibində duz olduğu üçün əlavə olaraq duzdan istifadə edilməsi orqanizmə mənfi təsir göstərə bilər: "Sutkada 4 qram duzu yalnız çörəkdən almaq mümkündür. Tərəvəzin də tərkibində müəyyən miqdarda duz var. Hətta bir sıra bitkilərin tərkibində kimyəvi maddələrlə yanaşı, duz da var. Ona görə də əlavə olaraq duzdan istifadə olunması məqbul deyil. Hətta pomidorun tərkibində duz olduğuna görə onun üzərinə yenidən duz əlavə etməyə ehtiyac yoxdur".

Əslində duz minerallarının orqanizmin hər bir toxumasına faydası var, sadəcə olaraq onu normada qəbul etmək məsləhətdir.


OXŞAR XƏBƏRLƏR

Dünyada ən çox PUA istehsal edən ölkə ODUR 

2023-cü ildə Çində ayrı-ayrı müəssisələr tərəfindən istehsal olunan mülki pilotsuz uçuş aparatlarının (PUA) sayı 3 milyon 170 mini keçib.   Sfera.az xə...

""Tu-22M3" təyyarəsinin ekipajı qızıldan da dəyərlidir" – Hərbi ekspert

““Tu-22M3” bombardmançı təyyarəsinin ekipajı qızıldan da “dəyərlidir”. Buna görə də qəza halında onların xilas edilməsinə xüsusi ö...

Kazemiro "Real"-"Siti" matçını ŞƏRH ETDİ: "Əziyyət çəkdim" 

“Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçisi Kazemiro “Mançester Siti” – “Real Madrid” matçının nəticəsindən ra...

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO

Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov türkiyəli aktyor və müğənni Halil İbrahim Kalaycıoğluna bahalı hədiyyə edib.    Sfera.az bizim.me...

BŞT Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə MÜRACİƏT ETDİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) fəaliyyəti dayandırılacaq Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə müraciət edib.  ...

AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına ÜZV OLDU

Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanları operatorlarının yeganə qlobal təşkilatı olan Avropa Beynəlxalq Hava Limanları Şurasının (Airports Council Inte...