Normadan artıq duzdan istifadə edilməsi...

Normadan artıq duzdan istifadə edilməsi...

Süfrəmizin əsas nemətlərindən olan duzu el arasında "bərəkət rəmzi" adlandırırlar. Xörək bişirərkən ona dad qatmaq üçün mütləq duz əlavə edilir. Bəs gün ərzində hansı miqdarda duzdan istifadə etmək sağlamlıq üçün ziyan törətmir?

Sfera.az  AZƏRTAC-a istinadən bildirir ki, həkim-fitoterapevt Elnur Eldaroğlunun dediyinə görə, duzun gündəlik istifadəsi 10-15 qram aralığında balanslaşdırılmalıdır. Onun həmin normadan artıq qəbul edilməsi sağlamlıq üçün təhlükəlidir: "Hipertoniya, insult və ürək-damar xəstəliklərindən əziyyət çəkənlər duzdan ehtiyatla istifadə etməlidirlər. Hətta qaraciyər serrozu, böyrək xəstəlikləri və nefrotik sindromla müşayiət olunan xəstəliklər zamanı duzdan istifadə edilməsinə qadağa qoyulur".

Həkimin verdiyi məlumata görə, normadan artıq duz istifadə olunması orqanizmdə müəyyən asılılıq yaradır. Ona görə də duzdan istifadəni tədricən azaltmaq tövsiyə edilir. Bir sıra qidalar var ki, tərkibində duz olduğu üçün əlavə olaraq duzdan istifadə edilməsi orqanizmə mənfi təsir göstərə bilər: "Sutkada 4 qram duzu yalnız çörəkdən almaq mümkündür. Tərəvəzin də tərkibində müəyyən miqdarda duz var. Hətta bir sıra bitkilərin tərkibində kimyəvi maddələrlə yanaşı, duz da var. Ona görə də əlavə olaraq duzdan istifadə olunması məqbul deyil. Hətta pomidorun tərkibində duz olduğuna görə onun üzərinə yenidən duz əlavə etməyə ehtiyac yoxdur".

Əslində duz minerallarının orqanizmin hər bir toxumasına faydası var, sadəcə olaraq onu normada qəbul etmək məsləhətdir.

OXŞAR XƏBƏRLƏR

Baş ağrısını anında yox edən İNANILMAZ ÜSUL - Dərmansız, iynəsiz...

 Baş ağrısı insanlar arasında geniş yayılmış şikayətlərdən biridir. Sfera.az xəbər verir ki, baş ağrıları əksər hallarda stress, uzun müddət oturaq v...

Yuxunu pozan qidalar

 İspan dietoloqları sağlam yuxuya mane olan qidaların adlarını açıqlayıblar. Sfera.az bildirir ki, mütəxəssislərin fikrincə, şam yeməyində pendir, qı...

Beyinin dərmanı super bitki - İnsultdan, demensiyadan qoruyur

 Bu möcüzəvi bitki bir çox xəstəliklərin əlacıdır. Onun qurudulmuş yarpaqlarından hazırlanmış preparatları, çayları apteklərdən əldə etmək mümkündür. ...

Bir çox xəstəliklərin DƏRMANI: Müntəzəm olaraq istifadə edildiyində...

 Kokos çox faydalı və müalicəvi məhsuldur. Sfera.az xəbər verir ki, kokos palmasının toxumudur, B, E, C vitaminlər, kalsium, dəmir, kalium, sink, mis...

Min bir dərdin dərmanı - ÜZƏRLİKLƏ BAĞLI BİLMƏDİKLƏRİMİZ

 Üzərlik otundan hələ qədim zamanlardan həm fiziki, həm də ruhi xəstəliklərin müalicəsində istifadə olunub. Bu şəfalı bitkidən başda tənəffüs yolları xəstə...

Siqaret tüstüsündə koronavirus təhlükəsi - Mütəxəssis AÇIQLADI

 Ailə təbabəti üzrə mütəxəssis professor Dilek Toprak siqaretin nəfəs alınmasından sonra koronavirusun ötürülmə riski olduğunu söyləyib. Sfera.az xəb...