Nobel Sülh Mükafatı Efiopiyanın Baş Nazirinə verilib
15:15 / 11.10.2019
2248
Nobel Sülh Mükafatının qalibi açıqlanıb.
Sfera.az-ın məlumatına görə, APA-nın Nobel Komitəsinə istinadən verdiyi xəbərə görə, Nobel Sülh Mükafatı Efiopiyanın Baş Naziri Abiy Əhməd Əliyə verilib.
Baş Nazir Efiopiya və Eritreya arasındakı müharibəni başa çatdırmaq üçün göstərdiyi səylərə görə bu mükafata layiq görülüb.