Nizami Paşayev 10 ildən sonra dünya çempionu adını qazandı

Nizami Paşayev 10 ildən sonra dünya çempionu adını qazandı

Beynəlxalq Ağır Atletika Federasiyası rəsmi şəkildə qazaxıstanlı atlet Vladimir Sedovu 8 illik diskalifikasiya edib və 2008-2016-cı illərdə qazandığı nəticələri ləğv edib.

Sfera.az komanda.az-a istinadən xəbər verir ki, buna səbəb Sedovoun 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında dopinq-testinin təkrar analizlərinin müsbət nəticə verməsidir. Beləliklə, onun dünya çempionatından qazandığı üç medal (qızıl, gümüş və bürünc), eləcə də, Asiya birinciliyi zamanı əldə etdiyi üç mükafat (iki qızıl və bir gümüş medal) əlindən alınacaq.

Vladimir Sedov 2009-cu ildə Cənubi Koreyanın Koyanq şəhərində keçirilmiş dünya çempionatında 94 kq-da qızıl medal qazanarkən ikinci yeri azərbaycanlı idmançı Nizami Paşayev tutub. Dopinq testlərinin nəticələrindən sonra 2009-cu ildə keçirilən dünya çempionatının qalibi Paşayev olub. Bu, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının saytında da qeyd olunub.

 

Nizami Paşayev 2002 və 2009-cu illərdə də dünya çempionu olub. Onun aktivində 2001-ci ilin Avropa çempionluğu da var.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda üçotaqlı evlər daha çoxdur – STATİSTİKA

2023-cü ilin məlumatına əsasən, Azərbaycanda mövcud olan evlərin bir sakinə düşən ümumi sahəsi 19,5 kvadrat metr, yaşayış sahəsi isə 14 kvadrat metr olub. ...

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam şəhərində olublar.   Sfera....

"TikTok"a məhdudiyyət qoyulmalıdırmı? - Azərbaycanda SORĞU

Sosisal Tədqiqatlar Mərkəzi (STM) tərəfindən keçirilən növbəti sorğularda "TikTok" media platformasına məhdudiyyətlərin tətbiqi barədə ictimai mövqe ö...

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ - 2

Azərbaycanın ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ilə vida mərasimi başa çatıb.   Sfera.az xəbər verir ki, Təzəpir məsci...

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşl...

Prezidentlər Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməl...