Nizami İH-də könüllü gənclərə sertifikat verilib - Foto

Nizami İH-də könüllü gənclərə sertifikat verilib - Foto

29 avqust 2019-cu il tarixində Nizami Rayon İcra Hakimiyyətində təcrübə keçən könüllülərlə görüş olub.

"Qafqazinfo” xəbər verir ki, görüşdə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov bu gün dünyada ictimai və cəmiyyət maraqları naminə könüllü fəaliyyət göstərən insanların sayının milyonlarla olduğunu qeyd edib. A Qasımov son illər ölkəmizdə də gənclərin könüllü kimi fəaliyyətinin genişləndiyini və gənclərin bu fəaliyyətə qoşulmaqla ictimai həyatda ilk addımlarını atdıqlarını və burada qazanılmış təcrübənin onların gələcəkdə cəmiyyətdə öz yerlərini tutmalarına kömək olacağını bildirib. Eyni zamanda, ölkəmizin ev sahibliyi etdiyi mötəbər və irimiqyaslı tədbirlərə də on minlərlə könüllünün cəlb olunduğunu, bu tədbirlərin keçirilməsi nəticəsində Azərbaycanın beynəlxalq miqyasa çıxarılacaq böyük potensiala malik, təcrübəli könüllü bazasının formalaşdığını diqqətə çatdırıb.

Görüşdə könüllülük fəaliyyətinin "Könüllü fəaliyyət haqqında” Qanuna əsasən tənzimlənməsi, təşkili və həyata keçirilməsini təmin edən dövlət orqanları, Azərbaycanda bu fəaliyyətlə məşğul olan təşkilatlar və onların müxtəlif sahələrdə dövlət siyasətinin həyata keçirilməsinə dəstəyi haqqında məlumat verilib.

 

Daha sonra, gənclər öz təəssüratlarını bölüşərək Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbələrində keçdikləri təcrübə haqqında ətraflı məlumat veriblər. Könüllü gənclər onlara yaradılan şəraitə, diqqətə və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonra könüllü kimi işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikatlar təqdim edilib.

Sonda xatirə şəkli çəkdirilib.

 





 

 


OXŞAR XƏBƏRLƏR