Niyə rus bölməsinin abituriyentləri daha yaxşı nəticə göstərir? – Ekspert rəyi

Niyə rus bölməsinin abituriyentləri daha yaxşı nəticə göstərir? – Ekspert rəyi
Ali təhsil müəssisələrinə imtahan vermiş abituriyentlərin Azərbaycan və rus bölmələri üzrə ayrılıqda orta statistik portreti müəyyənləşdirilib. Ümumi nəticələrə baxdıqda görünür ki, rus bölməsi üzrə təhsil alan məzunların imtahan nəticələri daha yüksəkdir.

Maraqlıdır, bu nə ilə əlaqədardır? "Rus sektorunda suallar daha asandır" fikri nə dərəcədə doğrudur, ya başqa səbəblər var?

Mövzu ilə bağlı Sfera.az-a danışan təhsil eksperti Kamran Əsədov rus bölməsinin məzunlarının daha yüksək nəticə göstərməsini say amilinə bağlayıb:

"Ali təhsil müəssisələrinə qəbul imtahanında test mərhələsində iştirak edən abituriyentlərin sayına baxanda görürük ki, Azərbayan bölməsinə nisbətən rus bölməsinin iştirakçıları dəfələrlə azdır. Hətta IV ixtisas qrupunda cəmi 622 nəfər imtahan verib. Təbii olaraq sayın azlığı orta ümumi bala ciddi şəkildə təsir göstərir. Yəni, builki imtahan nəticələri onu deməyə əsas vermir ki, rus bölməsinin məzunları daha yaxşı hazırlaşıb, yaxud onlara daha asan suallar düşüb".
 
Ekspert rus bölməsinin məzunlarının ingilis dilini daha yaxşı bildiyini deyib: "Rus bölməsində təhsil alan məzunlarımızın Azərbaycan bölməsinə nisbətdə daha yaxşı bildiyi fənn ingilis dilidir ki, bu da onların ikinci dil biliyindən irəli gəlir. Qrupları da təhlil edərkən görürük ki, rus bölməsinin abituriyentləri bu il sayca daha azdır".

Əzizə Zeynal
Sfera.az  
 
 
 
 
 

OXŞAR XƏBƏRLƏR

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Prezident İlham Əliyevin ukraynalı həmkarı Vladimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfr...

Xankəndidə doğulan körpəyə Prezidentin adı verildi

Xankəndidə doğulan ilk körpəyə Ali Baş Komandanın adı verilib.   Sfera.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında yeni doğulan körpənin atası...

Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.   Belə ki...

SOCAR prezidenti Britaniya rəsmiləri ilə görüşdü

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Ould və Birləşmiş Kırallığın İxrac Maliyyəsi Depa...

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Şəki şəhəri “Cəfərabad” QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi,...

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...