Nikolay Patruşev Bakıya niyə gəlir, nələr müzakirə oluna bilər? - EKSPERT RƏYİ

Nikolay Patruşev Bakıya niyə gəlir, nələr müzakirə oluna bilər? - EKSPERT RƏYİ

 

"Partuşevlə görüşdə bir çox məsələlərlə yanaşı, Rusiyadakı kriminal mühitə bağlı azərbaycanlılar məsələsi də müzakirə oluna bilər”.


Sfera.az-a açıalamasında bu sözləri Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin sentyabrın 4-də Bakıya səfər etməsinin səbəblərinə toxunarkən politoloq Cümşüd Nuriyev deyib:

 

"Bilirsiniz ki, Rusiyadakı Azərbaycan diasporu ən böyük diasporadan biridir, sayı 3 milyondan çoxdur. Onların içərisində kriminal mühitə bağlı insanlar da var. Görüşdə bu məqamın müzakirə ediləcəyi də istisna deyil. İkincisi, Azərbaycanla Rusiya böyük həmsərhəd ölkələridir. Bu mənada Patruşevlə sərhəd bölgəsinin təhlükəsizliyinin təmini məsələsi söhbət mövzusu ola bilər. İki ölkə həmçinin Xəzər dənizi vasitəsilə bir-birilə həmsərhəddir. Bu mənada dəniz qoşunları ilə bağlı müəyyən məsləhətləşmələrin aparılması da gözləniləndir”.

  

Politoloqun sözlərinə görə, Azərbaycan Rusiya üçün Yaxın və Orta Şərqə açılan qapı rolunda çıxış edir: "Moskvanın həmişə bu bölgədə marağı olub. Bölgəyə isə yalnız Azərbaycan vasitəsilə nüfuz edilə bilər. Görüşdə habelə, təhlükəsizliyin təmin olunması, xüsusən də fundamentalist İslamın Azərbaycan üzərindən Rusiyaya keçməməsi kimi məsələlər müzakirə predmeti ola bilər. Amma hər şeydən öncə Azərbaycanın marağında olan başlıca məsələ Qarabağ problemidir. Görüşdə bu məsələ də müzakirə oluna bilər. Demək istəyirəm ki, danışıq masasına sadaladığım bu məsələlərin hər biri yatırıla bilər”.

  

Elçin


OXŞAR XƏBƏRLƏR

Əli Əsədovdan torpaq sahələri ilə bağlı qərar

Bakı şəhəri, Qaradağ və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələri bərpa olunan enerji mənbələrinin ərazi...

Şəxsi bank kart məlumatları ələ keçirilir: DİN-dən XƏBƏRDARLIQ

Son dövrlər bəzi şəxslər tərəfindən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallar...

Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah Bakının Xəzər, Nərimanov və Qaradağ rayonlarının qaz təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə “Azəriqaz&r...

İlahə İbadova: “Qızım 13 ildir ki, atasını görmür” - VİDEO

“Qızım iki yaşına qədər atasını görüb. Hazırda onun 15 yaşı var. 13 ildir ki, atasını görmür”.   Bu sözləri “Azad Azərbaycan”...

Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb oldu - FOTO

Bakının Binəqədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi sıxlığa səbəb olub.   Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İ...

"Barça" - "PSJ" matçı bu gün baş tutacaq 

Bu gün, aprelin 16-da Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu keçiriləcək.   Sfera.az bildirir ki, burada Fransanın "Paris Sen-...