Nikol Paşinyan Ermənistanın Baş naziri təyin olundu

Nikol Paşinyan Ermənistanın Baş naziri təyin olundu
Nikol Paşinyan yenidən Ermənistanın Baş naziri təyin olunub.

Sfera.az-ın məlumatına görə, bu barədə Ermənistan Prezidenti Armen Sarkisyan Fərman imzalayıb.

Paşinyanın Baş nazir vəzifəsinə namizədliyi parlament çoxluğu - "Vətəndaş müqaviləsi” fraksiyası tərəfindən irəli sürülüb.

Ermənistan Konstitusiyasına əsasən, ölkə Prezidenti yeni seçilmiş Milli Məclis səlahiyyətlərinin icrasına başlayandan sonra parlament çoxluğu tərəfindən namizədliyi irəli sürülmüş şəxsi Baş nazir vəzifəsinə təsdiqləyir.



OXŞAR XƏBƏRLƏR