“Nike” rəqibini məhkəməyə verdi: Dabanında insan qanı olan ayaqqabıya görə...

“Nike” rəqibini məhkəməyə verdi: Dabanında insan qanı olan ayaqqabıya görə...
Amerika şirkəti "Nike” rəqibini məhkəməyə verib.

Sfera.az xəbər verir ki, buna səbəb "MSCHF” adlı şirkətlə repçi Lil Nas X-in sonuncu iş birliyinin nəticəsidir. Belə ki, adıçəkilən şirkət dabanında bir damla insan qanı olan ayaqqabı istehsal edib. "Nike Air Max 97” modelinin istifadə edildiyi idman ayaqqabısında tərs xaç kimi detallar da yer alıb.

Məlumata görə, 666 cüt istehsal edilən və 1018 dollara satışa çıxarılan model bir neçə dəqiqə içində tükənib.

"Nike” markasının icazəsiz istifadəsinə görə ayaqqabı satışının dayandırılmasını tələb edib. Qeyd olunub ki, "Şeytan” modeli "MSCHF” və "Nike” arasında yalnış əlaqənin qurulmasına, o cümlədən qarışıqlığa səbəb olub.

Qeyd edək ki, bundan öncə ayaqqabıların istehsalına dini nöqteyi-nəzərdən mühafizəkar qruplar da etiraz etmişdi.
 
Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR