Nikahdankənar 17 mindən çox uşaq doğulub

Nikahdankənar 17 mindən çox uşaq doğulub
 

Ötən il Gürcüstanda 17 375 uşaq nikahdankənar doğulub.

Sfera.az bildirir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Nikahdankənar dünyaya gələn uşaqlar ümumi doğulanların 34%-ni təşkil edib. Hesabatda qeyd olunub ki, nikahdan kənar doğum hallarının yüksək səviyyəsi dini nikahların nəticəsidir ki, bunun da heç bir hüquqi əsası yoxdur.

Qonşu ölkədə 2016-cı ildə nikah olmadan doğulanların sayı 18 104, 2017-ci ildə 18 689 təşkil edib. 2018-ci ildə rəsmi nikahla dünyaya gələn uşaqların sayı isə 1 394 nəfər artaraq 33 760-a bərabər olub.

2018-ci ildə Gürcüstanda diri doğulanların 26 538-i oğlan, 24 600-ü isə qız olub. Cinsi nisbətə gəlincə doğulan 100 nəfər qız uşağına 107,9 oğlan düşüb. (report)

OXŞAR XƏBƏRLƏR

Dünyada koronavirusun ilk vaksinin sınağı uğurla başa çatdı

 Rusiyada dünyada koronavirusun ilk vaksinin kliniki sınaqları müvəffəqiyyətlə başa çatıb, alimlər onun insan üçün təhlükəsizliyini təsdiq ediblər. S...

Koronavirusun yayılma sürəti iki dəfə artıb

  SARS-CoV-2 koronavirusunun yayılma sürəti may göstəriciləri ilə müqayisədə iki dəfə artıb. TASS-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkila...

Avropada COVID-19-la bağlı son vəziyyət

Virusun yayılma təhlükəsinə görə bəzi ölkələr karantin müddətini uzadır.   Sfera.az "REAL TV"yə istinadən xəbər verir ki, Polşada sükut günüdür.   ...

ABŞ-a qaçan çinli virusoloq Çin və ÜST-ün sirlərini açır: “Həqiqəti gizlədirlər”

 Ölkədən qaçan bir Çin viroloqu ÇXR səlahiyyətlilərini koronavirus gizlətməkdə günahlandırır. Qadın iddia etdiyi kimi, "itkin düşmüş" informatorların siyah...

Maldiv adaları bu tarixdən turistlərə qapılarını açır

 Hind okeanında 1200 adadan ibarət olan Maldiv adaları koronavirus pandemiyası səbəbi ilə bağlı olan qapılarını turistlər üçün yenidən açır.  Sf...

SOS! 5 il sonra dünyanı dəhşətli təhlükə gözləyir

  Ümumdünya Meteoroloji Təşkilatın (ÜMT) mütəxəssisləri tərəfindən aparılmış tədqiqat onu göstərir ki, dünya Paris iqlim sazişinin məqsədlərini yerinə yet...